Prezident İlham Əliyev Pakistan dövlətinin başçısı adından verilən şam yeməyində iştirak edib VİDEO
İslamabad, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin adından İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak edən nümayəndə heyəti rəhbərlərinin şərəfinə şam yeməyi verilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.