MƏDƏNİYYƏT


Kitabxanada beynəlxalq mədəniyyət günü qeyd edilib

Bakı14 aprel, AZƏRTAC

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında 15 aprel – Beynəlxalq Mədəniyyət gününə həsr olunmuş tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Era liseyinin və H.Sarabski adına 7 nömrəli musiqi məktəbinin şagirdləri, kitabxana əməkdaşları, oxucular və valideynlər iştirak edib.

Kitabxananın direktoru Şəhla Qəmbərova bildirib ki, 15 aprel mədəniyyət təqviminin əlamətdar günlərindən biridir. 1935-ci il aprelin 15-də “Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında” Vaşinqton razılaşması imzalanıb. 1998-ci ildə “Mədəniyyətin müdafiəsi beynəlxalq liqası” adlı ictimai təşkilat bu tarixin “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib. Həmin tarixdən 15 aprel bir sıra ölkələrlə bərabər bizim ölkəmizdə də qeyd olunur.

Musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı təqdim edilib.

Sonda iştirakçılar kitabxananın foyesində Beynəlxalq Musiqi Gününə həsr olunmuş “Musiqi- səmimiyyət məbədi” adlı geniş kitab sərgisi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.