Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfrans keçirilib VİDEO

Bakı, 1 may, AZƏRTAC

Mayın 1-də Bakıda “Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, bəşəriyyətin yüksək inkişaf mərhələsinə çatmasına baxmayaraq, çox ciddi problemlər mövcuddur. Dünyada bir milyarda qədər insan aclıqdan əziyyət çəkir. Eyni zamanda, dünya əhalisinin xeyli hissəsi işsizlik problemini yaşayır ki, bu da onların həyat şəraitinə təsir edir. Xəstəliklərin olması da ciddi problemdir. Elə ölkələr var ki, insanların ömrü 50-55 ildir. Bütün bunlar BMT-ni ciddi şəkildə narahat edir. Bu problemlər 2030-cu ilə qədər həll edilməlidir. Ən ciddi problemlərdən biri də qeyri-bərabərlikdir. ABŞ-ın hərbi xərcləri 600 milyard dollara yaxınlaşır. Elə insanlar var ki, gün ərzində 1 dollar xərcləyir. Bu da il ərzində 1 milyard insanın xərclədiyi puldan qat-qat çoxdur. Bu təbii sərvətlərdən deyil, insani fəaliyyətdən yaranan fərqlərdir.

Baş nazirin müavini Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf məqsədləri Proqramına qoşulmasının məqsədlərindən danışıb. O qeyd edib ki, Azərbaycan bu proqrama qoşulmaqla ölkə əhalisinin həyat şəraitini daha da yaxşılaşdırmaq niyyətindədir. Vurğulanıb ki, Azərbaycan iqtisadiyyatı son 10-12 ildə 3,5 dəfə artıb. Azərbaycanda təhsil, səhiyyə müəssisələri ilə bağlı layihələr həyata keçirilib. Bir çox sahələrdə inkişaf olub. Bu da insanların həyat şəraitini yaxşılaşdırıb. Biz qarşımıza ciddi hədəflər qoymuşuq. Hökumət bu istiqamətdə işlər aparır.

Əli Əhmədov deyib ki, QHT-lər Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əhalinin təmsilçiliyi funksiyasını reallaşdırmaq istiqamətində mühüm rol oynaya bilər. Buna görə də Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının işçi qruplarına QHT nümayəndələri də daxil edilə bilər. Baş nazirin müavini əlavə edib ki, bəzi beynəlxalq donor təşkilatları Azərbaycanın şəffaflıq tələbini hökumətin yaratdığı əngəl kimi qiymətləndirir. Azərbaycan hökuməti şəffaf şəkildə fəaliyyət göstərən beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq etməyə hazırdır. Hər bir dövlətin təhlükəsizliyini qorumaq üçün addımlar atmaq hüququ var. Bizim torpaqlarımız işğal olunub, 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün şəraitində yaşayır. Bu baxımdan beynəlxalq donorlar, ilk növbədə, Azərbaycanda qaçqın və köçkün problemlərinin köklü həllinə, torpaqlarımızın işğaldan azad edilməsinə yardımçı olmalıdırlar”, - deyə o əlavə edib.

Ölkəmizin sosial və iqtisadi inkişaf sahəsində böyük uğurlar əldə etdiyini deyən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Dayanıqlı İnkişaf Məqsədlərinin əhaliyə sadə dildə çatdırılmasının vacibliyini vurğulayıb. O deyib ki, bu sahədə görülən işlərlə bağlı vahid elektron bazanın yaradılması daha məqsədəuyğun olardı. QHT-lər insan potensialının səfərbər edilməsi və bu potensialdan daha səmərəli istifadə olunması sahəsində mühüm rol oynamalıdırlar. Fəal lider qadınların, fəal gənclərin şəbəkələrinin yaradılması da zəruridir.

E.Süleymanova bildirib ki, Azərbaycan insan hüquqlarının təmin olunması istiqamətində böyük inkişaf mərhələsi keçib. Bu istiqamətdə ardıcıl, sistemli iş aparılıb. Bütün bunların məqsədi Azərbaycanda insanlar üçün daha rahat və yüksək həyat şəraiti təmin etmək olub. Azərbaycan çoxsaylı beynəlxalq konvensiyalara qoşulub. Ölkəmizdə insan hüquqlarının səmərəliliyinin artırılmasında müvafiq işlər davam etdirilir. Azərbaycanın BMT-nin bu proqramına qoşulması insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək. Bu işdə vətəndaş cəmiyyətinin rolu da xüsusi qeyd edilməlidir. Biz vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq edirik və bundan sonra da bu əməkdaşlıq davam edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, belə proqramların həyata keçirilməsi vətəndaş cəmiyyəti institutlarının iştirakını zəruri edir. Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Azərbaycan ciddi uğurlara nail olacaq. Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı proqramların hazırlanması, icrası və monitorinqində QHT-lərin iştirakı daha məqsədəuyğun olardı. Bu gün Azərbaycanda dörd mindən çox qeyri-kommersiya təşkilatı fəaliyyət göstərir. Bu, çox böyük rəqəmdir. Bu baxımdan QHT-lər də bu proqramın icrasına mühüm töhfə verə bilər. Azərbaycanda qeyri-hökumət təşkilatlarına yaradılan şərait QHT-lərin belə məsələlərdə tərəfdaş kimi iştirakına imkan verəcək. Azərbaycanda vətəndaş cəmiyyəti institutları kifayət qədər inkişaf edib. Azərbaycan QHT-ləri beynəlxalq səviyyədə proqramların həyata keçirilməsində də geniş təcrübəyə malikdirlər. Bu gün haqqında danışdığımız proqramın həyata keçirilməsi də mütləq şəkildə vətəndaş cəmiyyəti seqmetinin iştirakını vacib edir. Bu baxımdan, çox sevindirici haldır ki, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün cəmiyyətin bütün komponentləri bu proqramın icrasına dəvət olunur.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyəti institutlarının üzərinə düşən vəzifələrdən danışıb.

Daha sonra bir sıra QHT-lər Dayanıqlı İnkişaf Məqsədləri Proqramının həyata keçirilməsində QHT-lərin rolu barədə təqdimatlar keçiriblər.

“Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb