Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sülh münasibətlərinin mədəniyyətlərarası dialoq yolu ilə inkişaf etdirilməsi xüsusi önəmə malikdir VİDEO

Bakı, 6 may, AZƏRTAC

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun üçüncü günündə sessiyalardan biri “Mədəniyyətlərarası dialoq yolu ilə sülh münasibətlərinin inkişaf etdirilməsi” mövzusuna həsr edilib.

AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru, “Global Compass” şirkətinin prezidenti Jan-Kristof Bas müzakirə olunan mövzunun xüsusilə son zamanlarda aktuallıq kəsb etdiyini söyləyib. O, Bakı Forumunun mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni imkanlar yaradacağına əminliyini bildirib.

Sülh naminə “Guerrand-Hermes” Fondunun baş elmi işçisi Şerto Gill dövlətlərarası və xalqlararası münasibətlərdə dialoqun önəmini vurğulayıb. Dialoqun yaranması üçün isə sülhün, sabitliyin olmasını vacib sayan Şerto Gill qeyd edib ki, sülh münasibətlərin düzgün qurulmasına xidmət edən amildir. Sülh həm də düzgünlük, dürüstlük rəmzidir. “Dünyada baş verən münaqişələrə son qoyulmalıdır”, - deyən baş elmi işçinin fikrincə, hər yerdə sülh, sabitlik, qarşılıqlı anlaşma olsa, insanların rifahı daha da yaxşılaşar.

“Beynəlxalq Dəyişiklik Təşəbbüsləri” təşkilatının icraçı direktoru İmad Karam mövzuya münasibət bildirərək deyib ki, dəyişiklik etmək istəyiriksə, o zaman hər kəs ilk növbədə özündən başlamalıdır. Dünyada ekstremizm, yoxsulluq, münaqişələr insanların vəziyyətini o həddə çatdırıb ki, miqrant problemi qloballaşıb. Bütün bunların həlli yolu mədəniyyətlərarası dialoqun düzgün qurulması və sülh hərəkatına investisiya yatırmaqdır.

Mədəniyyətlərarası və dinlərarası dialoq üzrə Kral Abdulla Beynəlxalq Mərkəzinin baş məsləhətçisi Patrik Brodo dini dözümlülük haqqında fikirlərini bölüşərək bildirib ki, dini liderlər təkcə icmalararası münasibətlərlə kifayətlənməməli, hökumət rəhbərləri ilə də danışıqlara geniş yer verməlidirlər. Ziddiyyətlər araşdırılmalı, həll edilməlidir. Patrik Brodo sosial mediada bu sahəyə dair təlimlərin keçirilməsini vacib hesab edib. Bildirib ki, məqsəd dindən zorakılıq vasitəsi kimi istifadə olunmamasıdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov sessiyada çıxış edərək sülh münasibətlərinin inkişaf etdirilməsinin və münaqişələrin kökünün tapılmasının zəruri olduğunu söyləyib.

Novruz Məmmədov deyib: “Bir dəfə Azərbaycan Prezidenti ilə bir avropalı nümayəndənin görüşündə iştirak etdim. Avropalı nümayəndə belə bir söz söylədi: Siz böyük dövlətsiniz, elə böyük işlər də görürsünüz. Bu, məni bir az düşündürdü. Əslində Azərbaycan əhalisinin sayına və ərazisinə görə kiçik dövlətdir. Yəni, avropalı nümayəndə demək istəyirdi ki, böyük işlər görmək üçün heç də böyük dövlət olmaq şərt deyil. Doğrudan da son 10 ildə Azərbaycanın həyata keçirdiyi tədbirlər heç bir dövlət tərəfindən keçirilməyib. Biz həm idman, həm mədəniyyət, həm ümumiyyətlə, mədəniyyətlərarası dialoq sahəsində böyük tədbirlər keçiririk, BMT ilə əməkdaşlıqda xüsusilə seçilirik. BMT isə bu gün burada danışdığımız bütün məsələləri tənzimləmək üçün yeganə universal təşkilatdır. Çox təəssüf ki, bu gün bu işlərlə də hələ biz istədiyimiz nəticəyə gəlib çatmamışıq. Son 20-30 ildə qaynar nöqtələrin, münaqişələrin, terror aktlarının, terror təşkilatlarının sayı dəfələrlə artıb. Bəs niyə belə olur? Bu qədər tədbirlər keçirilir, bu qədər işlər görülür, amma qarşılaşdığımız mənzərə tamamilə bunun əksini deyir. Bugünkü dünyada beynəlxalq gərginlik əvvəlki dövrlərdən çox fərqlənir. Nə üçün bu belə olur? Çünki böyük dövlətlər öz siyasi və iqtisadi maraqlarını güdürlər. Onlar münaqişələrdən, gərginlik ocaqlarından siyasi məqsədlər üçün istifadə edirlər. Bu gün beynəlxalq aktorların sayı çoxalıb. Təkcə böyük dövlətlər deyil, dünya düzənini formalaşdıran media orqanları, qeyri-hökumət təşkilatları var ki, mühüm aktora çevriliblər. Azərbaycanın ərazisinin bir hissəsi 25 ildən çoxdur ki, işğal altındadır. BMT Təhlükəsizlik Şurası işğala son qoyulması üçün dörd qətnamə qəbul edib. Digər beynəlxalq qurumlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Təəssüf ki, bu qətnamə və qərarlar kağız üzərində qalıb, münaqişənin həlli mexanizmləri yoxdur. Təcavüzkar dövlətə təzyiq göstərilmir. Biz ikili standartlardan əziyyət çəkirik. Beynəlxalq münasibətlərdə çatışmayan bir şey varsa, o da ədalətdir. Əgər heç olmasa bir adam da həqiqət uğrunda çalışırsa, deməli, nikbin olmağa dəyər. Ədalətli yanaşma olmasa, beynəlxalq hüquq işləməyəcək, dünyamızda gərginliklər davam edəcək. Bütün bunlara baxmayaraq, biz sülhə, sabitliyə, davamlı inkişafa nail olmaq üçün daha səylə çalışmalıyıq”.

“International Institute Life Beyond Tourism” Fondunun baş katibi Alesia Kuş təmsil etdiyi Fond haqqında ətraflı məlumat verib. Bildirib ki, Fondun əsas məqsədi dəyərlər uğrunda səyahətlər reallaşdırmaqdır. İnsanlar səyahət etdikcə, daha çox mədəniyyətlərlə tanış olur, əlaqələr qurur və müxtəlif sahələrə töhfə verə bilirlər. Bu baxımdan Azərbaycan çox gözəl ölkədir. Burada qədimliklə müasirliyin vəhdəti, insanların qonaqpərvərliyi, ölkədəki tolerant mühit bu diyarın gözəl sərvətləridir.

Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının mədəniyyət və yaradıcılıq üzrə rəhbəri Tim Uilliams qurumun reallaşdırdığı layihələr haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan-Avropa İttifaqı əlaqələri xüsusi proqramlar çərçivəsində qurulub və müxtəlif sahələri əhatə edir. Tim Uilliams birgə reallaşdırılan layihələrin bundan sonra da davamlı olacağına əminlik ifadə edib.

Sessiya mövzu ilə bağlı müzakirələrlə davam edib.

Sülh münasibətlərinin mədəniyyətlərarası dialoq yolu ilə inkişaf etdirilməsi xüsusi önəmə malikdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlham Bayramov: Qarabağ iqtisadi rayonu üzrə planlaşdırılan suvarma suyunun 62,7 faizi dənli və yem bitkilərinə yönəldiləcək

“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb

® Prezidentin regionların inkişafı çağırışına dəstək: “Prime Cotton” baş ofisini Mingəçevirə köçürür

“Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti haqqında” 1-məktəbdənkənar təhsil №-li illik rəsmi stаtistikа hеsаbаtı fоrmаsı və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Şamaxıda 200-ə yaxın sahibkar istehlakçı hüquqları mövzusunda maarifləndirilib

Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək

480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

® ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur

Şəkidə yaş barama tədarükünə başlanılıb

Qubada superintensiv meyvə bağlarının sahəsinin 18 min 500 hektara çatdırılması planlaşdırılır

Rizvan Nəbiyev: Nifrət ideologiyasının dərsliklər vasitəsilə aşılanması gələcək nəsillərə ciddi təsir göstərir

Qazaxıstan 2030-cu ilədək dəmir yolu tranzitinin həcmini ikiqat artırmaq niyyətindədir

Lənkəranda çəltik və çay istehsalının artırılması idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq

BDU-da yaz imtahan sessiyası davam edir

İsrail İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun son anda dayandırıldığını açıqlayıb

Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilir

Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur

Nasar Hayat: Azərbaycan yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm nailiyyətlər əldə edib

22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Brüssel Vaşinqtonun Avropanı Ukrayna danışıqlarından kənarda saxlayacağından qorxur

Nazir müavini: Buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib

Astarada vətəndaşlara hüquqi yardım aksiyası təşkil edilib

2030-cu ilə qədər müasir suvarma sistemləri quraşdırılmış sahələrin 300 min hektara çatdırılması proqnozlaşdırılır

Tunis millisinə yeni baş məşqçi təyin olunub

“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib

FAO: Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsində özəl kapitalın rolu artırılmalıdır

Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib

Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb

Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində rəsmi səfərdə olub

Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb

“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb

Zaur Əliyev: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib, Ağcabədi, Ağdam, Bərdə və Tərtər də bu siyahıdadır

Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü

Məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi diqqət mərkəzindədir

Bu saata olan əsas xəbərlər

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

Ahıllar evinin sakinləri beynəlxalq festivalda ikinci yerə çıxıblar

Nazir müavini: Dövlət Proqramı konkret hədəflərə, icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanır

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisləri Türkiyə təcrübəsini öyrəniblər

Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək

ADSEA rəsmisi: Qarşımızda duran ən böyük çağırışlardan biri mövcud ehtiyatlara uyğun əkin strukturunun yaradılmasıdır

Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb

Zaur Mikayılov: Şimal və şimal-şərq bölgələrinin su təminatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr icra olunur

Qanunvericiliyin təkmilləşdirilməsi daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına töhfə verə bilər – RƏY

Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər

Zaur Əliyev: Yeni Dövlət Proqramı aqrar transformasiyanın əsas yol xəritəsidir

Natiq Məmmədli: Azərbaycan mediası yeni çağırışlara daha çevik reaksiya verəcək

Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib

İlhamə Qədimova: Yeni Dövlət Proqramında buğda istehsalı üzrə 22 rayon hədəf olaraq müəyyən edilib

Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar

SESRIC rəhbəri: Halal iqtisadiyyatda standart fərqləri və məlumat çatışmazlığı əsas çağırışlardandır

Böyük Britaniyada yerli seçkilərdə namizəd olan azərbaycanlı: İlk seçki təcrübəm mənim üçün dəyərli dərs oldu

DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib

Seymur Səfərli: 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması hədəflənir

Danimarka hərracından alınan Bakı təsvirli unikal əsər geniş ictimaiyyətə təqdim edilib

Nazir müavini: Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir

Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar

“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol

Ekoloqlar: İqlim böhranına davam gətirə biləcək təqribən 166 min kvadrat kilometr mərcan rifləri mövcuddur

Şahmar Mövsümov: Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb

Ötən həftə 51 mina və 497 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Güləş Federasiyasında yeni komitə yaradılıb

Fazil Novruzov: Yeni reallıqlar informasiya siyasətinə yeni yanaşma tələb edir

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək

Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub

Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər

Natiq Əmirov: Aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının əsas hədəfi ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır

DÇ-2026-nın ilk altı günündə Qətər mundialından daha çox avtoqol qeydə alınıb

Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir

HDC rəsmisi: Halal iqtisadiyyat KOB-lar üçün inkişaf və təkmilləşmə aləti kimi çıxış edir

ABŞ-nin dəniz blokadasını aradan qaldırmasından sonra İranın beş gəmisi Hörmüz boğazından keçib

® “AzInTelecom” 73 mindən çox saxta IMEI kodu bloklayıb

Qanunsuz balıq ovu ilə bağlı 15 inzibati protokol tərtib edilib, 1 fakt üzrə cinayət işi açılıb

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunur

Ameen Alsaadi: Dayanıqlı halal biznes modellərinin formalaşdırılmasında güclü idarəetmə və etik prinsiplər əsas rol oynayır

Dövlət Komitəsi sədrinin Lerikdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir VİDEO

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edəcək namizədlərin nəzərinə

“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur

Zahid Oruc: Yaradılacaq yeni qurum media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq

Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub

Klassik poeziyamızda katiblik sənəti və yazı ləvazimatı - elmi seminar

Mərkəzi Bank: Birinci rübdə cari əməliyyatlar balansında 1,7 milyard dollarlıq profisit qeydə alınıb

UNICEF təqribən 1,1 milyard uşağın birdən çox iqlim təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edir

I rübdə Azərbaycanın birbaşa xarici investisiyalarının həcmi 1,1 milyard dolları ötüb

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək

Samer Elesavi: Halal iqtisadiyyatın inkişafı üçün vahid standartlar və əməkdaşlıq vacibdir

Dünya çempionatı: Fransa Seneqala qarşı

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib VİDEO

AMB: Birinci rübdə Azərbaycan neftinin reallaşmış qiyməti 79 dollar olub

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 68-ə çatıb

Ulu Öndərin strateji kursu müasir Azərbaycanın uğurlarının təməlidir

“Sabah” qabonlu futbolçunun transfer hüquqlarına yiyələnib