MƏDƏNİYYƏT


“Kitab bərpa” layihəsinin təqdimatı olub

Bakı, 30 sentyabr, AZƏRTAC

V Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində sentyabrın 30-da “Kitab bərpa” layihəsinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə təqdim edilən layihə uşaqların mütaliəyəyə marağının artırılması məqsədilə ərsəyə gəlib.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, layihə çərçivəsində nümayiş edilən kitablar 80-ci illərədək çap edilən və kitabxananın arxiv fondunda saxlanılan əsərlərdir. Bu nəşrlərə yenidən həyat vermək uşaqların dünyagörüşünün və həyata baxışılarının daha da formalaşması üçün xüsusi əhəmiyyətə malikdir. Layihə əsasında görüləcək işlərin daha da təkmilləşməsi məqsədilə bu yöndə işlərin davam edəcəyinə nəzər çəkən Ş.Qəmbərova balacaların layihədən uğurla faydalanacaqlarına əminliyini ifadə edib.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bu istiqamətdə görülən işlərin önəmini qeyd edərək belə layihələrin uşaqların gələcəyinə müsbət təsir göstərəcəyini vurğulayıb. Bildirilib ki, uşaqların mütaliəsində ailə, məktəb başlıca rol oynasa da, onların düzgün formalaşmasında məhz uşaq kitabxanalarının rolu böyükdür. Ölkəmizdə son vaxtlar kitab nəşrlərinə və mütaliəyə marağın olduğunu deyən nazir müavini bu yöndə dövlət tərəfindən dəstək məqsədilə atılan addımlardan da söz açıb.

Sonra qonaqlar layihə əsasında nəşr edilən kitablarla tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.