SİYASƏT
Azərbaycan XİN Las-Veqasda törədilmiş qanlı faciə ilə bağlı açıqlama yayıb VİDEO
Bakı, 2 oktyabr, AZƏRTAC
ABŞ-ın Las-Veqas şəhərində törədilmiş qanlı və dəhşətli faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, ABŞ hökumətinə və bütün Amerika xalqına dərin hüznlə başsağlığı veririk. Bu dəhşətli hücum nəticəsində yaralananların tezliklə şəfa tapmasını diləyirik.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin KİV-ə açıqlamasında yer alıb.
Açıqlamada bildirilir ki, bu qanlı faciədə həlak olan və yaralananlar sırasında Azərbaycan Respublikası vətəndaşının olub-olmaması ölkəmizin Los-Ancelesdəki baş konsulluğu tərəfindən araşdırılır.