ORDU
“Buk-MB” zenit-raket komplekslərindən döyüş atışları icra edilib VİDEO



Bakı, 14 oktyabr, AZƏRTAC
Hava Hücumundan Müdafiə Qoşunlarının “Buk-MB” zenit-raket komplekslərinin döyüşə hazırlıq vəziyyəti yoxlanılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tapşırıqların yerinə yetirilməsi zamanı çətin radioelektron maneə şəraitində şərti düşmənin yüksəksürətli, kiçik ölçülü hava hədəfləri aşkarlanaraq izlənməyə götürülüb və praktiki raket atışları ilə məhv edilib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, keçirilən təlimdə qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Sonda şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.