MƏDƏNİYYƏT


Azərbaycanın balaca fırça ustalarının Misir nağılları əsasında çəkdikləri əsərlər Qahirədə

Bakı, 21 noyabr, AZƏRTAC

Misirin paytaxtı Qahirədə Misir Milli Kitabxanası və Arxivlər İdarəsinin nəzdindəki Uşaq Ədəbiyyatı Sənədləşdirilməsi və Araşdırılması Mərkəzində “Əsrlərboyu ərəb dünyasında uşaq ədəbiyyatı” adlı ikinci beynəlxalq konfrans keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası tədbirə “Misir nağılları, Azərbaycanlı uşaqların gözü ilə” adlı rəsm sərgisi ilə qatılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycanla yanaşı, İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və digər ölkələrin təmsilçiləri iştirak edib.

Konfrans Azərbaycanlı uşaqların Misir nağıllarına çəkdikləri rəsmlərin nümayişi ilə başlayıb. Sərgidə 30 nağıl əsasında çəkilmiş, 30 rəssamın 51 əsəri təqdim olunub. Sərgi ərəb dünyasının uşaq ədəbiyyatı ilə məşğul olan mütəxəssisləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbirdə F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərovanın “Misir nağılları Azərbaycanlı uşaqların gözü ilə” adlı məruzəsi dinlənilib. Məruzədə dünya ədəbiyyatının xalq nağıllarına xas olan ortaq xüsusiyyətlərdən geniş söhbət açılıb.

Layihə haqqında məlumat verən kitabxana direktoru deyib ki, yaxın vaxtlarda Misir nağıllarından 30-u ərəb dilindən Azərbaycan dilinə tərcümə olunaraq çap ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.