Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Qazaxıstan diplomatik münasibətlərinin 25 illiyi Astanada qeyd olunub VİDEO

Astana, 27 noyabr, AZƏRTAC

Noyabrın 27-də paytaxt Astana şəhərində Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan diplomatik münasibətlərinin 25 illiyi ilə bağlı rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, qəbulda Azərbaycanın nümayəndə heyəti, Qazaxıstanın dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad MƏMMƏDOV tədbiri açaraq qardaş ölkələrimizin münasibətlərinin çox yüksək səviyyədə olduğunu və strateji xarakter daşıdığını qeyd etdi.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV rəsmi qəbulda çıxış etdi.

Tədbir iştirakçılarını salamlayan Əli Həsənov dedi ki, əsrin dörddəbiri tarix baxımından böyük müddət deyil, lakin iyirmi ildən bir qədər çox bundan əvvəl öz müstəqilliyini bəyan etmiş ölkələr üçün bu dövr bütöv bir epoxadır. Ötən 25 il ərzində biz çoxəsrlik dostluq ənənələrini nəinki qoruyub saxlamağa, həm də genişləndirməyə, Azərbaycan-Qazaxıstan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olmuşuq. Bu işdə həm ümummilli lider Heydər Əliyev və millətin lideri Nursultan Nazarbayev, həm də Azərbaycanın indiki Prezidenti İlham Əliyev çox böyük rol oynayıblar.

Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin mükəmməl müqavilə-hüquq bazasının formalaşdığını vurğulayan Prezidentin köməkçisi bildirdi ki, ötən müddətdə 100-dən çox dövlətlərarası və hökumətlərarası sənəd, o cümlədən “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Bəyannamə” (1997), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” (2004), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” (2005), “Azərbaycan və Qazaxıstan prezidentlərinin Birgə Bəyannaməsi” (2017) və digər sənədlər imzalanıb. Bu sənədlər, həmçinin müntəzəm surətdə keçirilən yüksək səviyyəli ikitərəfli görüşlər, səmərəli parlamentlərarası əlaqələr ölkələrimizin müasir mərhələdə yüksək etibara və etimada əsaslanan tərəfdaşlığının dərinləşməsinə və genişlənməsinə xidmət edir.

Ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyini və bir-birini dəstəklədiyini diqqətə çatdıran Əli Həsənov vurğuladı ki, Qazaxıstan 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Azərbaycan ona səs verən ilk dövlətlərdən biri olub. Azərbaycan Astanada “EXPO-2017” beynəlxalq ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü də dəstəkləyənlərin birincilərindən olub.

Qazaxıstanın da eyni qayda ilə Azərbaycanı beynəlxalq tədbirlərdə və qurumlarda dəstəklədiyini bildirən Prezidentin köməkçisi dedi: “Biz Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi ilə nəticələnmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyinə görə qardaş Qazaxıstanın rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk”.

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələrin yüksək səviyyəsinin ticari-iqtisadi əməkdaşlığa da müsbət təsir göstərdiyini söyləyən Əli Həsənov qeyd etdi ki, Bakının yaxınlığında Beynəlxalq Dəniz Ticarəti Limanının yaradılması, bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, həmçinin Aktau limanının yenidən qurulması və yeni Kurik limanının açılması ölkələrimiz arasında əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Əlamətdar haldır ki, ölkələrimiz arasında iqtisadi əlaqələr təkcə ticarətlə məhdudlaşmır. Azərbaycanlı sərmayədarlar Qazaxıstan bazarına maraq göstərir və bu ölkənin iqtisadiyyatına fəal sərmayə yatırırlar. Azərbaycanda da Qazaxıstan şirkətləri uğurla fəaliyyət göstərir. Sərmayə qoyuluşlarının ümumi həcmi 200 milyon dollara yaxındır.

Prezidentin köməkçisi humanitar əlaqələrin də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını xatırladıb, Azərbaycanın Qazaxıstan ilə bu istiqamətdə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini, Bakı Dövlət Universitetində qazax dili, tarixi və mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini, Qazax xanlığının yaradılmasının 550 illiyinə həsr edilmiş nüfuzlu beynəlxalq konfransın Bakıda keçirildiyini, paytaxt Bakının küçələrindən birinə böyük Abay Kunanbayevin adının verildiyini və onun barelyefinin açıldığını, qardaş xalqlarımızın tanınmış şəxsiyyətlərinin və yazıçılarının əsərlərinin hər iki dilə tərcümə edildiyini bildirərək dedi: “Bu gün biz Astanada “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatını keçirdik. Müəllifi Mahmud Kasımbekov olan bu kitab Azərbaycan dilinə tərcümə edilib. Bu il Heydər Əliyev Fondu Qazaxıstanın birinci Prezidenti - Millətin Lideri Fondu ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. Həmçinin Bakı Dövlət Universiteti və Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti arasında da memorandum imzalanıb. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Prezident Nursultan Nazarbayev Azərbaycanın ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilib”.

Çıxışının sonunda Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə bir daha təbriklərini çatdıran Əli Həsənov vurğuladı: “Qarşılıqlı münasibətlərin müasir vəziyyətini və perspektivlərini qiymətləndirərək inamla demək olar ki, dövlətlərimiz arasında əlaqələr daha da genişlənəcək və möhkəmlənəcək”.

x x x

Qazaxıstanın energetika nazirinin birinci müavini Maxambet DOSMUXAMBETOV qeyd etdi ki, ölkələrimizi həmişə səmimi dostluq, qardaşlıq və əməkdaşlıq münasibətləri birləşdirib. Azərbaycan ilə Qazaxıstan xarici siyasət məsələlərində də daim bir-birini dəstəkləyir.

Müstəqilliyimizin bərpasından sonra Qazaxıstan ilə Azərbaycan arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə mükəmməl müqavilə-hüquq bazası formalaşdırıldığını vurğulayan Maxambet Dosmuxambetov ölkələrimizin iştirakçısı olduğu enerji, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları layihələrinin əhəmiyyətindən danışdı.

Qazaxıstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu deyən energetika nazirinin birinci müavini bu potensialın reallaşdırılması üçün birgə səylərin vacibliyindən söhbət açdı. “Bizi ümumi tarixi köklər və mədəniyyətlə yanaşı, mehriban qonşuluq və dostluq əlaqələrinin inkişafına yönəlmiş yorulmaz iradə və əzmkarlıq birləşdirir”, - deyə Maxambet Dosmuxambetov əlavə etdi.

Tədbir çərçivəsində Qazaxıstan-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi münasibətilə qazax dilində nəşr olunmuş “İRS-MYRA” jurnalının təqdimatı keçirildi.

Jurnalın baş redaktoru Musa Mərcanlı “İRS”in müxtəlif dillərdə nəşr olunduğunu diqqətə çatdırdı və bu nəşrin məhz qazax dilində çıxmasının təsadüfi olmadığını bildirdi. O əlavə etdi ki, “İRS” jurnalında Azərbaycan və Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığı özündə əks etdirən mövzulara müraciət olunub. Jurnalda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın muğam haqqında geniş məqaləsi dərc edilib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali ötən 25 il ərzində Qazaxıstan-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini diqqətə çatdırdı, ölkəmizin nümayəndə heyətinə təşəkkürünü bildirdi.

Sonda Azərbaycan nümayəndə heyətinin üzvlərinə “Qazaxıstanın müstəqilliyinin 25 illiyi” yubiley medalı təqdim olundu.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Azərbaycan-Qazaxıstan diplomatik münasibətlərinin 25 illiyi Astanada qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir

Xəzərin Qazaxıstan sahillərində dayazlaşma səbəbindən yeni quru sahələri yaranıb

Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb

Türk jurnalist: Azərbaycanın təhsil siyasəti və dövlətçilik prinsipləri ölkənin suveren qərarlarına əsaslanır

Təhsil məsələlərinin manipulyasiya edilməsi cəhdlərinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır - ekspert

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dünyasında tərəfdaşlıq mühitinin möhkəmlənməsinə töhfədir ŞƏRH

Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib

Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb

Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta Dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB VİDEO

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi mexanizmi müəyyənləşdirilir

Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır

Beynəlxalq platformalarda sədrlik Azərbaycanın xarici siyasətində yeni imkanlar yaradır ŞƏRH

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçi ilə müqavilənin müddətini uzadıb

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub

Hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir

İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”

Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək

Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib

“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib

Kiprin iki icmasının liderləri BMT Baş katibinin təşəbbüslərini müzakirə edəcəklər

“Bug bounty” proqramına start verilir

Balıqçılıq sahəsində nəzarət və aqrar müəssisələr üçün ƏMTQ meyarları dəyişdirilir

Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib

Milli Məclis Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında sazişi təsdiqləyib

Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram

“Bakı Metropoliteni” QSC: “Sabah”ın matçı ilə əlaqədar Qırmızı xətdə iş rejimi dəyişdiriləcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

® “Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

® PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2026-2027-ci tədris ili üçün açılış tədbiri keçirilib

ÜST epidemioloji təhlükələrin vaxtında aşkarlanmasını hədəfləyən yeni strategiya elan edib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib

Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb

“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Vüsal Xəlilov: Ani Ödənişlər Sistemi genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK VİDEO

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO