Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabirabad Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilib YENİLƏNİB 2 VİDEO

Sabirabad, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, ötən əsrin 70-ci illərində inşa olunan xəstəxananın binası yararsız vəziyyətə düşdüyündən dövlətimizin başçısının tapşırığı ilə yeni binanın tikintisinə başlanılıb. Yeni xəstəxana üçün 4,77 hektar torpaq sahəsi ayrılıb. Ərazinin 1,2 hektarında dördmərtəbəli üç binadan ibarət xəstəxana kompleksi inşa olunub. Tikinti işlərinə 2012-ci ildə başlanıb və bu ilin oktyabrında başa çatdırılıb. Binalar milli memarlıq baxımından da göz oxşayır.

Diqqətə çatdırıldı ki, bu səhiyyə müəssisəsində 553 tibb işçisi çalışacaq. Onların 70-i həkimdir. Bu tibb ocağındakı cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, doğum, nevrologiya, anesteziologiya və reanimasiya, hemodializ, fizioterapiya, infeksion, poliklinika, təcili təxirəsalınmaz yardım şöbələri, klinik laboratoriya, şüa diaqnostika kabinetləri tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Xəstəxananın yardımçı binalarında qazanxana, su anbarı və generatorlar quraşdırılıb. Ərazi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.

Beləliklə, ən müasir standartlar səviyyəsində tikilmiş və təchiz olunmuş bu xəstəxanada əhalinin müayinəsi və müalicəsinin yüksək səviyyədə təşkili üçün hər cür imkanlar yaradılıb. Buradakı şərait bir daha onu deməyə əsas verir ki, son illərdə səhiyyə sahəsində baş verən dəyişiklik bu sektorun dünyanın ən müasir tibbi texnika və avadanlıqları ilə təmin olunmasıdır. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində regionlarda ilk dəfə açıq ürək əməliyyatı, qaraciyərin köçürülməsi və digər mürəkkəb əməliyyatların aparılmasına imkan yaranıb. Bu illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıqlar, ilk növbədə, bir məqsədə - Azərbaycan əhalisinin sağlam olması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

Sonra Prezident İlham Əliyev Sabirabad rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Şadam ki, sizinlə yenidən görüşürəm. Mən Sabirabadda dəfələrlə olmuşam. Bu, mənim Prezident kimi sayca səkkizinci səfərimdir. Bu səfərlər zamanı biz bir çox obyektlərin açılışında bərabər iştirak etmişik. Bu gün də gözəl səhiyyə ocağının açılışını bir yerdə qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

Həm xarici görünüşü, həm də daxili şəraiti baxımından zövq oxşayan 205 çarpayılıq Sabirabad Rayon Mərkəzi Xəstəxanası ən yüksək standartlara cavab verir. Bu, çox gözəl memarlıq abidəsidir. Burada dünyanın aparıcı şirkətlərinin ən qabaqcıl avadanlığı quraşdırılıb, bütün şərait yaradılıb. Burada bütün şöbələr, o cümlədən cərrahiyyə, dializ, reanimasiya, terapiya şöbələri fəaliyyət göstərir. Bir sözlə, Sabirabad şəhərində açılan bu xəstəxana dünya səviyyəsində seçilən xəstəxanalardan biri olacaq.

Bu, onu göstərir ki, ölkəmizin bütün bölgələrində gözəl imkanlar var. Bu, onu göstərir ki, Azərbaycan bundan sonra da sosial sahədə böyük uğurlara imza atacaq. Çünki belə xəstəxanaların tikintisi, əlbəttə ki, maliyyə vəsaiti tələb edir və bu, təmin olunur. Azərbaycan iqtisadiyyatı inkişaf edir, maliyyə vəziyyətimiz sabitdir, siyasətimiz sosialyönümlüdür və sosial sahənin inkişafı bizim prioritetimizdir. Ölkəmizin bütün bölgələrində müasir xəstəxanalar istifadəyə verilib. Hesab edirəm, 2019-cu ildə bir dənə də şəhər qalmayacaq ki, orada müasir tibb ocağı olmasın. Gələn il təqribən altı yeni mərkəzi rayon xəstəxanası açılacaqdır. 2019-cu ildə qalan xəstəxanalar da istifadəyə veriləcək və beləliklə, Azərbaycanın hər bir şəhərində ən müasir tibbi xidmət göstəriləcək.

Səhiyyə sahəsində görülmüş işlər öz nəticəsini verir. Çünki bizim bütün göstəricilərimiz müsbətə doğru dəyişir, insanların ömrünün uzunluğu artır, həyat keyfiyyəti yaxşılaşır, ana və uşaq ölümü azalır. Bütün bunlar beynəlxalq səhiyyə təşkilatları tərəfindən də qiymətləndirilir. Bu gün Azərbaycan səhiyyə infrastrukturu baxımından dünya miqyasında qabaqcıl yerlərdədir. Bununla paralel olaraq, Azərbaycan, hesab edirəm, yeganə ölkədir ki, burada hər bir vətəndaş dövlət hesabına ildə bir dəfə pulsuz müayinədən keçir. Biz bu layihəyə bir neçə il bundan əvvəl başlamışıq. Hər il beş milyondan çox Azərbaycan vətəndaşı müayinədən keçir və artıq öz sağlamlığı, səhhəti ilə bağlı bütün bilgiləri alır. Bu, bizə imkan verir ki, xəstəliklər vaxtında müəyyən edilsin və lazımi müalicə də təyin olunsun. Hər il beş milyondan çox insan dövlət hesabına pulsuz müayinədən keçir. Belə gözəl tibb ocaqlarının yaradılması, əlbəttə ki, bizə bu təşəbbüsü irəli sürməyə imkan verdi. Çünki əgər şərait olmasaydı, biz bu proqramı icra edə bilməzdik.

Bir sözlə, Bakı şəhərində, bütün rayonlarda yeni səhiyyə ocaqlarının tikintisi prosesi, demək olar ki, başa çatır. Biz bu işlərə 2004-cü ildən başlamışıq. O vaxt birinci növbədə müalicə-diaqnostika mərkəzləri, ondan sonra mərkəzi rayon xəstəxanaları, ixtisaslaşmış xəstəxanalar yaradıldı. Bu gün səhiyyə sisteminin maddi-texniki bazası yüksək standartlara tam cavab verir.

Əvvəlki dövrlərdə də Sabirabad rayonunda sosial məsələlərin həllinə həmişə böyük diqqət göstərilmişdir. Son illər ərzində burada 30-a yaxın məktəb tikilib və təmir olunub, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Bölgələr üzrə ilk rayonlardan biri də Sabirabad idi ki, “ASAN xidmət” mərkəzi yaradılmışdır. Yəni, biz bütün bu işləri ona görə görürük ki, burada insanlar daha da yaxşı yaşasınlar, daha da yaxşı xidmətlərə malik olsunlar, həmçinin səhiyyə, təhsil, idman, ictimai xidmətlər yüksək səviyyədə təmin edilsin və biz buna nail oluruq.

Sabirabad rayonunda infrastruktur layihələri də icra edilir. Mənə verilən məlumata görə, qazlaşdırma artıq 90 faizə çatıbdır. Ümid edirəm ki, gələn il Sabirabadda qazlaşdırma 100 faizə çatacaqdır. Elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıb. Biz içməli su layihəsini sizinlə birlikdə üç il bundan əvvəl istifadəyə vermişik, kənd yollarının tikintisi uğurla gedir. Bu gün mən iki böyük layihənin açılışını qeyd edəcəyəm, gələn il də yeni kənd yolları layihəsi icra olunacaq. Beləliklə, hesab edirəm ki, gələn il Sabirabad rayonunun əksər kəndlərinin yolları tam təmirli olacaqdır. Çünki bu günə qədər dörd layihə icra edilibdir. Bu layihələr 100 mindən çox əhalini əhatə edir. Rayon əhalisinin sayı təqribən 180 minə yaxındır. Növbəti layihə də bir neçə min insanı əhatə edəcək və beləliklə, biz kənd yolları məsələlərini də həll etmiş olacağıq.

Yadımdadır, səfərlərimin birində vətəndaşlar körpü tikintisi ilə bağlı müraciət etmişdilər. Biz onu da vaxtında icra etdik və mən də açılışa gəlmişdim. Yəni, biz Sabirabad üçün nə lazımdırsa, artıqlaması ilə edirik. Çünki yeni təşəbbüslər də irəli sürülür. Onlardan biri də bu yaxınlarda mənim tərəfimdən irəli sürülüb. Bu təşəbbüs ondan ibarətdir ki, Sabirabadda böyük sənaye məhəlləsi yaradılsın. Bu gün mən o məhəllənin təməlini qoymuşam və əminəm ki, yaxın gələcəkdə Sabirabad böyük sənaye mərkəzinə çevriləcəkdir.

Sənaye məhəllələrinin yaradılması prosesi bir neçə il bundan əvvəl başlamışdır. Biz birinci məhəlləni Neftçala rayonunda yaratdıq və bu yaxınlarda onun açılışını etdik. Ondan sonra daha iki rayonda - Masallı və Hacıqabulda sənaye məhəllələrinin yaradılması istiqamətində işlər başlamışdır. Dördüncü sənaye məhəlləsi Sabirabadda yaradılacaqdır. Çünki burada çox böyük insan potensialı, təcrübəli mütəxəssislər var.

Azərbaycanın gələcək inkişafı kənd təsərrüfatının və sənayenin inkişafı ilə bağlıdır. Ona görə bu gün mənə Sabirabad Sənaye Məhəlləsinin layihəsi təqdim olundu. Mən fürsətdən istifadə edərək sabirabadlı iş adamlarına müraciət edirəm ki, onlar öz təkliflərini versinlər. Sənaye məhəlləsində bütün işlər, o cümlədən tikinti, istehsalat sahələrinin inşası, rabitə, infrastruktur, kommunikasiyalar, işıq, qaz, yollar, müəssisələrin yaradılması dövlət vəsaiti hesabına təmin ediləcək. Qaldı ki, sahibkarlara, onlar öz təkliflərini versinlər, avadanlıq alsınlar. Bu məsələdə də dövlət onlara kömək göstərəcək, güzəştli kreditlər, investisiya təşviqi sənədi verəcək və tezliklə burada böyük sənaye məhəlləsinin fəaliyyəti təmin ediləcəkdir.

Gələn il Sabirabadın inkişafı ilə bağlı infrastruktur layihələrinin - xüsusilə yeni kanal layihəsinin icrası nəzərdə tutulur. Bilirəm ki, bu məsələ Sabirabad zəhmətkeşlərini çox narahat edir. Bu layihə başlanmışdı, sonra yarımçıq qaldı. Mən göstəriş verdim, maliyyə vəsaiti nəzərdə tutulacaq və gələn il bu layihə tam başa çatacaq. Beləliklə, ən azı 11 min hektar torpağın suvarılması ilə bağlı heç bir problem olmayacaq.

Beləliklə, yeni əkin sahələri dövriyyəyə cəlb ediləcək. Zəhmətkeşlər, fermerlər, yerli icra orqanları birlikdə baxsınlar ki, burada hansı kənd təsərrüfatı məhsulları yetişdirilməlidir. Sabirabadın çox böyük potensialı var. Əlbəttə ki, ənənəvi kənd təsərrüfatı sahələri var, o cümlədən pambıqçılıq. Biz pambıqçılığın bərpasını da Sabirabaddan başladıq. Uzun fasilədən sonra birinci müşavirə Sabirabadda keçirildi. Biz ulu öndər Heydər Əliyevin ənənələrini bərpa etdik. Birinci tanış olduğum tarla Fatma xanımın tarlası idi. Orada zəhmətkeşlərlə yaxşı görüş oldu, sonra müşavirə keçirildi. Beləliklə, iki il ərzində biz pambıq tədarükünü 8 dəfə artıra bilmişik. 2015-ci ildə cəmi 35 min ton pambıq yığılmışdısa, bu il biz artıq 190 min tona çatmışıq. Təqribən 200 min ton, bəlkə ondan da çox pambıq tədarük edəcəyik. Texnika alınır, gübrələr verilir, suvarma işləri təmin olunur, vəsait ayrılır. Dövlət bu sahəni tam nəzarətə götürüb. Beləliklə, pambıqçılığın inkişafı sürətlə gedir və bilirsiniz ki, bu, məşğulluğu da artırır. Mənə verilən məlumata görə, indi 20 min insan pambıqçılıq sahəsində işləyir, hər gün əməkhaqqı alır, evinə pul aparır, həm dövlətə, həm özünə xeyir verir və ölkəmiz də inkişaf edir.

Ona görə növbəti illərdə həm Sabirabadda, həm də bütün başqa rayonlarda suvarma ilə bağlı nə lazımdırsa, biz onu da edəcəyik. İndi bütün layihələr təhlil edilir. Biz bu il qarşıya hədəf qoymuşuq ki, bu vaxta qədər suvarılmayan 150 min hektar torpaqda suvarmanı təmin edək. Biz bu hədəfə yaxınlaşırıq. Gələn il isə qarşıya məqsəd qoyulub ki, ən azı əlavə 100 min hektarda suvarma işləri təmin edilsin. Görün, məhsuldarlıq, iş yerləri, ölkəmizin ümumi daxili məhsulu nə qədər artacaq.

Planlarımız çoxdur. Gələn il fəal işləməliyik. Bu il də uğurla başa çatır. Baxmayaraq ki, son illər ölkə iqtisadiyyatı üçün o qədər də asan illər olmamışdır. Təbii ki, neftin qiymətinin aşağı düşməsi, dünyada gedən iqtisadi-maliyyə böhranı bizə də təsir etdi. Ancaq hesab edirəm ki, biz bu sınaqdan şərəflə çıxdıq. Heç bir sosial proqramı ixtisar etmədik, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapdı. Biz hətta böhranlı illərdə xəstəxanalar açırıq. Bu gün Ağcabədidə böyük Olimpiya mərkəzi, Tərtərdə 1170 ailə üçün 34 binadan ibarət köçkün şəhərciyi açılıbdır. Ancaq bir gündə. Mən hələ yolları, hərbi hissələri demirəm. İndi quşçuluq fabriki açılacaq. Yəni, bir gündə baxın, nə qədər böyük işlər görülür və biz bu açılışlarda bərabər iştirak edirik. Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq və biz gələn ili də uğurla başa vuracağıq. Sizi bir daha təbrik edirəm.

x x x

Xəstəxananın həkimi Elmira ZEYNALOVA dedi:

- Möhtərəm cənab Prezident, Sizi Sabirabadın səhiyyə işçiləri və əhalisi adından bir daha salamlayırıq. Sabirabada xoş gəlmisiniz. Bu gün Sabirabad camaatı böyük sevinc içindədir. Sizin tapşırığınızla belə gözəl, müasir standartlara cavab verən böyük səhiyyə ocağı inşa edilib və bu gün Sabirabad əhalisinin istifadəsinə verilib. Bizə göstərdiyiniz etimada, bu gözəl səhiyyə ocağını sabirabadlılara bəxş etdiyinizə görə Sizə dərindən minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, belə gözəl şəraitdə biz daha yaxşı işləyəcəyik və vətəndaşlarımıza layiqincə xidmət göstərəcəyik.

Möhtərəm cənab Prezident, hamıya yaxşı məlumdur ki, Siz insanların sağlamlığına ciddi fikir verirsiniz. Sizin tapşırığınızla əhalimiz hər il kütləvi surətdə tibbi müayinədən keçirilir. Belə tibbi müayinələrin keçirilməsi bu cür gözəl şəraitdə daha geniş, mütəşəkkil şəkildə təşkil olunacaqdır. Bu baxımdan bizə yaradılan şəraitə görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, Sabirabad rayonu gündən-günə abadlaşır, gözəlləşir, yeni-yeni təhsil müəssisələri, tibb ocaqları yaradılır, parklar salınır. Bütün bunlara görə bir daha Sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun, var olun, Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Bu müasir xəstəxana siz həkimlər üçün gözəl iş yeridir. Həm də vətəndaşlar belə gözəl şəraitdə yüksək səviyyədə müalicə olunacaqlar.

Sonra dövlətimizin başçısı Sabirabad rayonundan olan fermer Fatma Hüseynova ilə söhbət etdi.

Prezident İlham ƏLİYEV: Fatma xanım, necəsiniz?

Fatma HÜSEYNOVA: Çox sağ olun, cənab Prezident.

Prezident İlham ƏLİYEV: İşləriniz necə gedir?

Fatma HÜSEYNOVA: Əla. Bu il otuz hektarda pambıq əkmişdim.

Prezident İlham ƏLİYEV: Məhsuldarlıq necədir?

Fatma HÜSEYNOVA: Məhsuldarlıq da yaxşıdır, hektardan 55 sentneri keçmişəm. Hələ yığım davam edir.

Prezident İlham ƏLİYEV: Bax, hamı Fatma xanımdan nümunə götürməlidir - 55 sentner.

Fatma HÜSEYNOVA: Sabirabadlılar Sizi çox sevirlər. Biz Sizi də, Mehriban xanımı da həddən artıq çox sevirik.

Prezident İlham ƏLİYEV: Mən də sizi çox sevirəm.

Fatma HÜSEYNOVA: Bizim məktəbimiz Ulu Öndərimizin adı ilə bağlıdır. O məktəb Ulu Öndərin göstərişi ilə tikilib. İndi bir korpusu təmir olunub, biri yarımçıq qalıb.

Prezident İlham ƏLİYEV: Yaxşı, indi onun təmiri ilə bağlı tapşırıq verəcəyəm. Sağ olun.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Sabirabad Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilib YENİLƏNİB 2 VİDEO

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

®  “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turan Tovuz” kapitanı ilə vidalaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI