MƏDƏNİYYƏT


Bakıda “Türk dünyasının nağıl bağı” kitabının təqdimatı olacaq

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 8-də Azərbaycan Xalça Muzeyində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının TÜRKSOY-la birgə layihəsi əsasında çap olunan “Türk dünyasının nağıl bağı” kitabının təqdimatı və uşaqların nağıllara çəkdikləri rəsmlərin sərgisi keçiriləcək.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihənin reallaşdırılmasında məqsəd türk xalqlarının bədii təfəkküründən, zəngin təxəyyülündən, fəhmindən, duyumundan doğan, həmişəyaşarlıq hüququ qazanan kamil ağız ədəbiyyatı nümunələrini nağıllar vasitəsilə yaşatmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.