Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzinin təqdimatı olub YENİLƏNİB

Bakı, 20 dekabr, Elvira Məmmədova, AZƏRTAC

Dekabrın 20-də Bakıda Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzinin (“AqroMərkəz”) təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, “AqroMərkəz”in təqdimatına və “Azərbaycanda kənd təsərrüfatı: imkanlar, problemlər və perspektivlər” mövzusuna həsr olunan tədbirdə dövlət rəsmiləri, Kənd Təsərrüfatı Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri iştirak ediblər.

Əvvəlcə “AqroMərkəz”in il ərzindəki fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı görülən işlər, qarşıda duran vəzifələr barədə məlumat verib. Dövlət məmurları, alim və mütəxəssislər üçün yaradılan platformanın əhəmiyyətinə, Azərbaycanda kənd təsərrüfatı məsələləri ilə bağlı mühüm dialoqu şərtləndirən amillərə toxunan Azər Əmiraslanov deyib: “Həm dövlətin, həm də vətəndaşlarımızın kənd təsərrüfatından böyük gözləntiləri var. Prezident İlham Əliyev tərəfindən bu gün aqrar sahənin inkişafı dövlət siyasətinin ən mühüm prioritetlərindən biri kimi müəyyən olunub. Digər sahələrdə olduğu kimi, kənd təsərrüfatında da sosial tərəfdaşlıq münasibətlərinin qurulması (bir tərəfdən dövlət, bir tərəfdən biznes, özəl sektor, beynəlxalq təşkilatlar, eyni zamanda, qeyri-hökumət təşkilatları) olduqca vacibdir. Hesab edirəm ki, “AqroMərkəz” məhz bu missiyanı üzərinə götürə biləcək və uğurlu platforma rolunu oynayacaq. Bu gün kənd təsərrüfatının prioritet istiqamət kimi elan olunduğu bir vaxtda ekspert cəmiyyətinin formalaşdırılmasına çox böyük ehtiyac var. Hazırda digər sahələrdə ekspert cəmiyyətləri formalaşıb. Biz istəyirik ki, kənd təsərrüfatında da professional, məsələlərə peşəkar yanaşan ekspert qurumu formalaşsın. İnanıram ki, “AqroMərkəz” həm də bu mandatı daşıyacaq, öz təhlilini, tədqiqatlarının nəticələrini cəmiyyətə təqdim edəcək. Aqrar təhsil, aqrar elm, aqrar tədqiqatlar informasiya məsləhət xidmətləri arasında da əlaqələr qurulmalıdır və yəqin ki, “AqroMərkəz”in fəaliyyətinin əsas istiqamətlərdən biri də məhz bu olacaq. Etiraf etmək lazımdır ki, biz aqrar təhsil, aqrar elm, aqrar siyasət, istehsalat, təsərrüfat arasında əlaqə və əks-əlaqəni heç də həmişə lazımınca təmin edə bilmirik. Hesab edirik ki, “AqroMərkəz” bu problemin həllinə öz töhfəsini verə bilər”.

Azər Əmiraslanov bildirib ki, kənd təsərrüfatı iqtisadiyyatın davamlı, dayanıqlı inkişafının əsas, çox mühüm şərtidir və eyni zamanda, sinerji verən, sistem yaradan və formalaşdıran bir sahədir. Digər tərəfdən ərzaq təhlükəsizliyi məhz kənd təsərrüfatının inkişafından asılıdır. “Bu gün əhalinin yarısı kənddə yaşayır və bu o deməkdir ki, kənd təsərrüfatının inkişafı həm də sosial sabitliyin, kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsinin əsas şərtidir. Məşğul əhalinin təxminən 38 faizi kənd təsərrüfatı sektorunda çalışır. Bu baxımdan aqrar sahənin inkişafı, həm də iş yerlərinin açılması deməkdir. BMT-nin hesablamalarına görə, kənd təsərrüfatı yeganə sahədir ki, yoxsulluğun azaldılmasına daha çox təsir göstərir. Digər sahələrlə müqayisədə onun təsir effekti 4 dəfə çoxdur”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Aqrar sektorun regionların inkişafındakı mühüm rolundan danışan Azər Əmiraslanov qeyd edib ki, hazırda ölkənin kənd təsərrüfatında çox böyük resurslar, istifadə olunmamış imkanlar mövcuddur. Bu imkanların, ehtiyatların üzə çıxarılması üçün çox iş görülməlidir. Yaradılan “AqroMərkəz” də bu missiyanı yerinə yetirə bilər. Yeni dövrdə, xüsusilə də qlobal böhran şəraitində digər sahələrlə müqayisədə kənd təsərrüfatının investisiya baxımından daha cəlbedici olduğunu bildirən Prezidentin köməkçisi deyib: “Digər sahələrdə istehsal olunan məhsullara tələbat azaldığı halda, ərzaq məhsullarına tələbat heç vaxt kəskin şəkildə azalmır və bu da məhz kənd təsərrüfatını digər sahələrlə müqayisədə daha cəlbedici edir. Kənd təsərrüfatı canlı orqanizm və riskli sahədir. Odur ki, dövlət bu sahəni daim dəstəkləyir. Aqrar sığorta sisteminin qurulması da xüsusilə aktualdır. Kənd təsərrüfatı iki mühüm sütun üzərində inkişaf edir: heyvandarlıq və bitkiçilik. Bu sahələrin effektivliyi və səmərəliliyi onların bir-biri ilə düzgün uzlaşdırılmasından asılıdır”.

Azər Əmiraslanov çıxışında torpaqdan səmərəli istifadə, kənd təsərrüfatına dövlət dəstəyinin səmərəli təşkili, effektiv, davamlı və dayanıqlı inkişaf, məhsuldarlıq, maraqların uzlaşdırılması, ixtisaslaşma, sahənin inkişafında elmi yanaşma kimi amillərə də toxunub. Diqqətə çatdırılıb ki, qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən ciddi institusional addımlar atılır və bununla bağlı Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. “AqroMərkəz” də öz fəaliyyətində bu prinsipləri diqqətdə saxlamalıdır.

Tədbirdə çıxış edən nazir müavini Seyfəddin Talıbov son dövrlər aqrar sahədə baş verən köklü dəyişikliklərdən, aparılan institusional islahatlardan danışıb, “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sisteminin yaradılması, aqrar sahədə ən müasir, mütərəqqi metodların tətbiq edilməsi, texnika parkının yenilənməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, kadr hazırlığı, həmçinin Strateji Yol Xəritəsində qarşıya qoyulmuş hədəflər barədə ətraflı məlumat verib.

Nazir müavini Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzinə fəaliyyətində uğurlar diləyib və mərkəzin kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcəyini bildirib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov isə aqrar təhsilə dövlət dəstəyindən, universitetin maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulmasından, laboratoriyaların ən müasir avadanlıqlarla təchiz edilməsindən, müasir tələbə yataqxanalarının istifadəyə verilməsindən, həmçinin beynəlxalq təşkilatlar tərəfindən göstərilən dəstək tədbirlərindən söz açıb.

“AqroMərkəz”in icraçı direktoru Pavel Belorusski, FAO ofisinin rəhbəri Mələk Çakmak Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıblar.

Bildirilib ki, Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzi ölkəmizin kənd təsərrüfatı sahəsində peşəkar mütəxəssislərə tələbatını ödəmək məqsədilə 2017-ci ildə yaradılıb. “AqroMərkəz” üç istiqamət - təhsil və təlim, tədqiqat və inkişaf, kənd təsərrüfatı sahəsində yeni müəssisələrin yaradılması istiqamətində fəaliyyət göstərəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib

Səyyar ASAN xidmət İsmayıllıda

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində 1113 müəssisə qeydiyyatdan keçib

MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti” VİDEO

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti” VİDEO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi VİDEO

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi VİDEO

Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib

Fransada lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb

Ekspert: Bakının təşəbbüskar diplomatiyaya keçidi kifayət qədər ciddi strateji dəyişiklikdir

ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir VİDEO

ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir VİDEO

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası