Qusar Dövlət Ləzgi Dram Teatrı Novruz bayramına hazırlaşır VİDEO
Qusar, 24 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi Novruz bayramının hazırlıqlarına başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın kollektivi Beynəlxalq Qadınlar Günü, Milli Teatr Günü və Novruz bayramı münasibətilə tamaşaların səhnələşdirilməsi üzərində işləyir.
Teatr bu il Novruz bayramı ərəfəsində şəhər sakinlərinin, eləcə də turistlərin diqqətini çəkmək üçün xüsusi layihə hazırlayıb. Qusara gələn hər kəsi şəhərin general Mahmud Əbilov adına mərkəzi meydanında xoş sürpriz gözləyir. Belə ki, mart ayının ilk günlərindən bu meydanda 6 metr hündürlüyündə Novruz personajları qurulacaq. Teatrın peşəkar dekorçularının hazırladığı milli geyimli qadın və kişi personojları üçün 50 metrə yaxın parça, dəmir və taxta materialdan istifadə olunacaq. Hazırda maketlərin üzərinə geyimlər tikilir.
Bundan başqa, bayram ərəfəsində mərkəzi meydanda üç metr hündürlüyündə səmənin qurulması da nəzərdə tutulub.