MƏDƏNİYYƏT


Bakıda “Hərəyə bir kitab” adlı tədbir təşkil olunacaq

Bakı, 13 fevral, AZƏRTAC

Bakıda 14 fevral - Beynəlxalq Kitab Bağışlanma Gününə həsr olunmuş “Hərəyə bir kitab” adlı tədbir keçiriləcək. F.Köçərli adına Respublika Uşaq Kitabxanası və 5 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzinin birgə hazırladıqları tədbir 35 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi gənc nəslə mədəni xidmət göstərmək və kiçik yaşlı oxuculara kitab bağışlamaqla onlarda kitaba və mütaliəyə olan məhəbbəti artırmaqdır.

Tədbirdə həmçinin Respublika Uşaq Kitabxanası tərəfindən məktəbin müəllim kollektivinə və valideynlərə də, kitab hədiyyə ediləcək. Tədbir zamanı uşaqların uşaq yazarları ilə görüşü və imza saatının keçirilməsi də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.