İQTİSADİYYAT


Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun fasadı bərpa olunacaq

Bakı, 16 mart, AZƏRTAC

Moskva şəhərinin mədəni irs Departamenti (“Mosqornaslediye”) Rusiya paytaxtındakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) 14 nömrəli “Azərbaycan” pavilyonunun fasadında geniş bərpa işləri layihəsini təsdiq edib. Artıq yay aylarında bərpa işlərinin başa çatdırılması nəzərdə tutulur.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Moskva şəhərinin mədəni irs departamenti Sülh prospektində yerləşən 14 nömrəli “Azərbaycan” pavilyonunun fasadının geniş bərpası layihəsini təsdiq edib. 1939-cu ilin tikilisi olan bu pavilyon federal əhəmiyyətli mədəniyyət obyektidir.

Bərpaçılar binanın itirilmiş dekorasiyasını - əsas fasaddakı iki fəvvarə kasası, keramik lövhələr, karniz detalları, mozaika elementləri, divarların və sütunların mərmərlə üzlənməsi fraqmentlərini yenidən işləyəcəklər. Həmçinin Azərbaycanda ustaların mismardan istifadə etmədən kiçik detallardan yığdıqları qoz ağacından düzəldilmiş unikal şəbəkə naxışlarının bərpası və qismən əvvəlki vəziyyətinə gətirilməsi işləri aparılacaq.

Departamentin rəhbəri Aleksey Yemelyanov deyib: “Heç şübhəsiz ki, “Azərbaycan” pavilyonu XTNS-in incilərindən biridir və onun fasadının tarixi görkəminə qaytarılması üçün bərpaçıları ciddi iş gözləyir. Bütün işlərin cari ilin yayında başa çatdırılması nəzərdə tutulur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.