ELM VƏ TƏHSİL


Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş bilik yarışmasının qalibləri mükafatlandırılıblar

Bakı, 23 may, AZƏRTAC

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Keçmişimiz, bu günümüz, gələcəyimiz!” mövzusunda intellektual bilik yarışmasının üçüncü – final mərhələsi keçirilib.

Bilik yarışmasında məcburi köçkün rayonlarının Bakıda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məktəbliləri iştirak ediblər.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, final mərhələsinə rayon mərhələsində 64 komanda arasından seçilmiş 90 şagirddən ibarət 15 komanda qatılıb.

Hər raundda beş komanda olmaqla 15 komanda arasında üç oyun keçirilib. Hər oyunda Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və həyat bilgisi fənlərindən dörd sual olmaqla 12 sual təqdim edilib. Qiymətləndirmə bir bal sistemi ilə aparılıb.

Yarışın nəticəsinə görə Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin “Qartal” komandası üçüncü, Şuşa rayonu 6 nömrəli tam orta məktəbin “Pənahabad” komandası ikinci, Xocavənd rayonu 2 nömrəli tam orta məktəbin “Mübariz” komandası birinci yerə layiq görülüb.

Qalib komandaların üzvləri diplom və medallarla təltif olunublar. Eyni zamanda, qalib komandalara yarışın kuboku təqdim edilib.

Yarışın keçirilməsinin məqsədi gənc nəslin xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, təbii sərvətləri haqqında biliklərini artırmaq, bu sahədə uşaqları elmi axtarışlara sövq etmək, istedadlı uşaq və gəncləri aşkara çıxarmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.