Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölümsüzlük həsrəti, yoxsa tarixlə təkəbbürlü dialoq?

Ölümsüzlük həsrəti, yoxsa tarixlə təkəbbürlü dialoq?

Bakı, 8 sentyabr, AZƏRTAC

Son günlər sosial mediada və xəbər portallarında əvvəlcə İçərişəhərdə binanın, sonradan isə Şuşanın Cıdır düzündə qayaların üzərinə müxtəlif adların yazıldığını gördükcə insan qəribə hisslər keçirir. Fikirlər fərqli ola bilər, lakin düşünürəm ki, hər bir azərbaycanlının ilk hiss edə biləcəyi duyğu qəzəb və kədərdir. Qəzəb keçicidir, kədər isə qalır. Ortaya bir neçə düşündürücü sual çıxır: bu, sadəcə bir neçə nəfərin məsuliyyətsizliyidirmi, yoxsa daha dərin bir məsələnin – insanın məkanla, zamanla və özündən əvvəl gələnlərə münasibətinin böhranının əlamətidir?

Söhbət heç də bir addan, bir neçə hərfdən getmir. Problem insanın “mən” dediyi şeyi haradasa əbədiləşdirmək həsrətində və bu həsrətin ünvanını səhv seçməsindədir.

Bu fikirlər sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımovun AZƏRTAC-a təqdim etdiyi “Ölümsüzlük həsrəti, yoxsa tarixlə təkəbbürlü dialoq?” sərlövhəli yazısında yer alıb. Məqaləni təqdim edirik.

Cıdır düzü Şuşanın tarixində, bizim yaddaşımızda və təsəvvürümüzdə xüsusi yer tutur. Bura vaxtilə at yarışlarının, Novruz şənliklərinin, milli oyunların keçirildiyi meydan olub; sonra isə otuz ilə yaxın həsrətin, itkinin və nəhayət, Böyük Qayıdışın rəmzinə çevrilib. İnsan bura gələndə əslində özünü tarixin içində görür, Şəhidlərimizi xatırlayır, Ordumuzun gücünü və mənəvi qüdrətini yenidən duyur, başqa sözlə, tarixin bir hissəsinə çevrilir.

Təəssüf doğuran yanlışlıq da bəzən elə burada baş verir: insan tarixin içinə daxil olmaqla kifayətlənmir, tarixin özünü öz adı ilə əvəz etməyə çalışır. Qayaya “mən buradaydım” yazan adam fərqinə varmadan çox qədim bir insani instinktin – iz qoymaq istəyinin əsiri olur. Qədim insan da mağara divarına əl izini basıb, heyvan rəsmi çəkib, öz varlığını daşa əmanət edib. Fərq ondadır ki, o zaman insan təbiətlə, zamanla və ölümlə barışmağa çalışırdı; bu gün isə çox vaxt sadəcə “olmaq” yox, “görünmək” istəyir. Qədim insanlar yaradırdılar, indiki ibtidai təfəkkürə sahib olanlar isə var olanları, yaradılanları pozurlar.

Çağdaş insan sürətin, görünmə ehtiyacının və “mənlik” duyğusunun gurultusu içində əşya ilə, məkanla, keçmişlə dərin münasibət qurmaq bacarığını itirib. Əşya artıq öz mənası ilə deyil, insanın ona yüklədiyi ötəri funksiya ilə dərk olunur. Qaya da beləcə “tarixi məkan” olmaqdan çıxıb, kiminsə sosial media fotosuna və ya “xatirə lövhəsi”nə çevrilir.

Bu, əslində, hikmətin unudulması ilə bağlı haldır. Hikmət insana əşyanın öz həqiqətində, öz sükutunda dəyərli olduğunu xatırladır. Qayaların dili yoxdur, amma susmağı ilə danışır; onun üstündə min illərin, döyüşün, itkinin izləri var. İnsan bu sükutu dinləmək əvəzinə ona öz səsini, öz adını yazanda, əslində, tarixlə dialoqu kəsir, monoloqa keçir. Bu, artıq yalnız əxlaqi problem deyil, idrak problemidir. İnsan başqasının – bu halda bütöv bir millətin və bir torpağın hekayəsini dinləməyi bacarmır, yalnız öz hekayəsini yazmaq istəyir.

Bəs bu davranışın kökündə nə dayanır? Bəzən bu, açıq-aşkar bilə-bilə edilən sayğısızlıqdır: insan bilir ki, olmaz, amma yenə edir və nəzarətsizliyin sərhədini sınayır. Bəzən “mən də buradaydım” demək ehtiyacıdır – insanın öz keçiciliyini və ölümlü olduğunu unutmaq üçün tapdığı ən sadə, ən kobud çarə. Bəzən isə sadə məlumatsızlıq və məsuliyyətsizlikdir: “bir yazıdan nə olar ki?” düşüncəsi. Halbuki min adamın “bir yazısı” bütöv təbii və mədəni mühiti dəyişdirməyə qadirdir.

Nəhayət, bunun kökündə çox vaxt qrafiti adlanan, özünüifadə forması kimi yaranmış, sonradan yanlış məkana daşınmış bir instinkt dayanır. Qrafitinin özü nə yaxşıdır, nə pisdir – o, insanın küçəni, divarı öz izi ilə doldurmaq istəyindən doğub, uzun müddət sənətin, etirazın və gəncliyin dili olub. Amma sənətin də sərhədi var və bu sərhəd, çox vaxt, məkanın özüdür.

İcazə verilən divarda çəkilən rəsm yaradıcılıqdır; üzərində Vətən müharibəsinin, Şəhidlərimizin, qazilərimizin, qəhrəmanlarımızın izi olan qayanın üzərinə yazılan ad isə artıq başqasının səsini boğan müdaxilədir. UNESCO da irs məkanlarında qrafitini vandalizmin formalarından biri sayır və ziyarətçilərə zərərsiz özünüifadə imkanları yaradılmasını tövsiyə edir. Çünki insanın ifadə ehtiyacını inkar etmək yox, onu doğru məcraya yönəltmək lazımdır.

Burada hüquqi tərəfi də unutmaq olmaz. Əxlaqi hökm nə qədər aydın olsa da, cəmiyyət nizamı yalnız vicdana güvənərək qorunmur. Cıdır düzündəki konkret qayaların ayrıca dövlət qeydiyyatlı tarix-mədəniyyət abidəsi kimi siyahıya alınıb-alınmadığı açıq sual olaraq qalsa da, ərazinin özü hüquqi baxımdan kimsəsiz deyil.

Cıdır düzü 24 noyabr 1981-ci ildə Şuşa şəhərinin ətrafında nadir təbiət komplekslərini qorumaq məqsədilə yaradılmış, sahəsi 450 hektar olan Daşaltı Dövlət Təbiət Yasaqlığının ərazisinə daxildir. Şuşa şəhəri və Şuşa rayonu Azərbaycanın ən səfalı və füsunkar təbiətə, zəngin tarixi abidələrə malik ərazilərindəndir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarix baxımından mühüm əhəmiyyəti vardır.

Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. Yasaqlıq 1992-ci ildən Ermənistanın işğalı müddətində tamamilə məhv edilmişdi. 14 iyun 2024-cü ildə yasaqlığın bərpa olunması barədə qərar qəbul olunub. Bu isə əraziyə xüsusi mühafizə statusu verir. Azərbaycan Cinayət Məcəlləsinin 261-ci maddəsi belə ərazilərə əhəmiyyətli zərər vurulmasını cinayət kimi qiymətləndirir və cərimədən tutmuş azadlıqdan məhrumetməyədək sanksiyalar nəzərdə tutur. Söhbət rəsmi tanınmış mədəni abidədən gedirsə, məsələ ayrıca və daha ağır hüquqi müstəviyə keçir.

Dünyaya baxanda görürük ki, bu məsələdə Azərbaycan tək deyil. Hər ölkə öz tarixi irsi qarşısında eyni sualla üzləşir. Almaniyada qanun abidənin görünüşünün icazəsiz və əhəmiyyətli dərəcədə dəyişdirilməsini də cinayət sayır. Türkiyə mədəni və təbii sərvəti vahid qoruma çətiri altında birləşdirib, qəsdən dağıtma və korlamaya görə iki ildən beş ilədək həbs cəzası tətbiq edir. ABŞ-də Milli Park Xidməti qraffitini vandalizm kimi qiymətləndirir və arxeoloji resursların qorunması üçün ayrıca federal qanun mövcuddur. Rusiyada da mədəni irsə zərər ayrıca cinayət tərkibi kimi tənzimlənir.

Bu ölkələrin hamısının ortaq nöqtəsi sadədir: tarixi məkana toxunmaqla adi divara toxunmaq eyni məsələ deyil.

Amma məncə, əsl həll qanundan əvvəl vicdanda başlamalıdır. Qanun artıq baş vermiş pozuntunu cəzalandırır, hikmət isə pozuntunun baş verməsinin qarşısını insanın ürəyində alır. Ona görə yalnız “qadağandır” lövhəsi ilə kifayətlənmək doğru olmazdı. İnsan bu daşın nə danışdığını duya bilməlidir.

Zərər görmüş qaya səthləri yalnız mütəxəssislər tərəfindən ehtiyatla təmizlənməli, ərazi müşahidə altında saxlanılmalı və ən vacibi insanın “iz qoymaq” ehtiyacı üçün zərərsiz bir yer yaradılmalıdır. Xatirə kitabı, rəqəmsal platforma və ya tətbiq vasitəsilə insan öz sözünü, şəklini buraya qoyub daşa toxunmadan geri qayıda bilər. Çünki insanın iz qoymaq istəyi onun ölümlülüyünə qarşı ən qədim üsyanlarından biridir. Bizim borcumuz bu üsyanı boğmaq deyil, ona layiqli və doğru ünvan göstərməkdir.

Sonda tarixi binaların divarlarını, qaya səthlərini yazmaq istəyənlərə demək istədiyim bir cümlə var: sən bu dünyadan keçirsən, daş isə səndən sonra da qalmalıdır. Əgər adını tarixə yazmaq istəyirsənsə, bunu hünərinlə, elminlə, zəkanla, Vətəninə, millətinə və onun tarixinə göstərdiyin ehtiramla et.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıblar

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir – YENİLƏNİB

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir