Bu il Aqrar Sığorta Fonduna 383 fermerdən 776 müraciət daxil olub
Bakı, 8 sentyabr, AZƏRTAC
2026-cı il ərzində Aqrar Sığorta Fonduna 383 fermerdən 776 müraciət daxil olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova əkin və bağçılıq subsidiyası üzrə sığorta tələblərində edilən dəyişikliklərlə bağlı brifinqdə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müraciətlər təxminən 77 min hektar əkin sahəsi ilə bağlıdır.
“Bu sahələrin 60 min hektarında zərər yağıntılar, dolu, sel və su basması riskləri ilə əlaqədar yaranıb. Dəyən zərərlərin həcmi artıq fond tərəfindən müəyyən edilib. Yerində ekspertizalar başa çatıb. Təxminən 4,5 milyon manat sırf bu risklərlə bağlı sığorta ödənişinin verilməsi nəzərdə tutulur”, – deyə Ləman Alıyeva-Məmişova vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:42]
“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq
- 01.10.2026 [12:33]
Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
- 01.10.2026 [12:30]