Mikayıl Müşfiqin xatirəsi ata ocağında yad olunacaq
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 5-də Xızı rayonunun Sayadlı kəndində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illiyinə həsr olunan “Mən şirin ləhcəli bir bülbüləm” adlı tədbir keçirəcək. Unudulmaz şairin ata ocağında təşkil olunacaq tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Abşeron rayon Mehdiabad qəsəbəsi 4 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə reallaşacaq.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd uşaqlarda mütaliə marağını artırmaq, onlarda ədəbi zövqü inkişaf etdirmək, habelə Azərbaycan ədəbiyyatının əqidəsindən dönməyən görkəmli nümayəndələrini onlara tanıtmaqdır.
Poeziya bayramına çevriləcək tədbirdə Mədəniyyət Nazirliyinin, rayon ictimaiyyəti nümayəndələrinin, eləcə də şairin ecazkar poeziyasının pərəstişkarlarının iştirakı nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [12:31]
7:30-da dayanan saat: Xavər Vəkilovanın xatirələri
- 07.09.2026 [12:17]
Milli Xalça Muzeyində Nərmin Nəcəfin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq
- 07.09.2026 [12:03]
Akademik Musiqili Teatr yeni mövsümə başlayıb
- 07.09.2026 [11:34]
Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq
- 06.09.2026 [19:11]