“Arı mənim işimdir” layihəsindən 15 xocavəndli məcburi köçkün ailəsi bəhrələnib
Beyləqan, 27 iyun, AZƏRTAC
Bakı Beynəlxalq Məktəbinin 11-ci sinif şagirdi Van Kimin təşəbbüsü və Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşan “Arı mənim işimdir” layihəsindən 15 məcburi köçkün ailəsi bəhrələnib.
Xocavənd Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, 2018-ci ilin mart ayından icrasına başlanılan layihə çərçivəsində tədris proqramı, dərslik hazırlanıb və Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində məskunlaşan məcburi köçkün ailələrə nəzəri və praktik dərslər keçirilib. Dərslər yekunlaşdıqdan sonra hər bir köçkün ailəsinə 2 arı ailəsi və 2 yeşik hədiyyə edilib.