MƏDƏNİYYƏT
“Jara-2018” Beynəlxalq Musiqi Festivalı Rusiyanın Birinci kanalında yayımlanıb VİDEO
Bakı, 4 avqust, AZƏRTAC
Rusiya televiziyasının Birinci kanalı Bakıda keçirilmiş “Jara-2018” Beynəlxalq Musiqi Festivalının yayımına başlayıb.
AZƏRTAC xəbər verir ki, festivalın birinci gününün konsert proqramı Rusiya televiziyasının Birinci kanalında yayımlanıb. Həmin konsertdə Filip Kirkorov, EMIN, Ani Lorak, Qriqori Leps, Timati, Kristina Orbakayte, Sergey Lazarev, Vera Brejneva, Alessandro Safina və başqaları çıxış ediblər.
İyulun 26-dan 29-dək Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində keçirilmiş festivalda 75 ifaçı, eləcə də 1200-dən çox musiqiçi iştirak edib. Festival dörd gün ərzində şəhərin mədəni həyatına özünəməxsus hərarət, coşqunluq gətirib. Bu musiqi bayramında həm yaşlılar, həm də gənclər öz zövqlərinə uyğun musiqini dinləmək imkanı qazanıblar.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.