MƏDƏNİYYƏT
Uşaqlar üçün növbəti tədbir- “Dünyanın səsi – sülhün qüvvəsi”
![](/files/galleryphoto/2018/3/1200x630/1537190356625769299_1200x630.jpg)
![](/files/galleryphoto/2018/3/1200x630/1537190356553106549_1200x630.jpg)
![](/files/galleryphoto/2018/3/1200x630/1537190356626582408_1200x630.jpg)
![](/files/galleryphoto/2018/3/1200x630/1537190356120789124_1200x630.jpg)
![](/files/galleryphoto/2018/3/1200x630/15371903563802243989_1200x630.jpg)
![](/files/galleryphoto/2018/3/1200x630/1537190356750149342_1200x630.jpg)
![](/files/galleryphoto/2018/3/1200x630/1537190356289257845_1200x630.jpg)
![](/files/galleryphoto/2018/3/1200x630/15371903564122959930_1200x630.jpg)
Bakı, 17 sentyabr, AZƏRTAC
“SOS” Uşaq Kəndində F.Köçərli adına Respublika Uşaq Kitabxanası və “Mickeys House” uşaq bağçasının təşkilatçılığı ilə “Dünyanın səsi - sülhün qüvvəsi” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Sülh aylığı” çərçivəsində reallaşan tədbirdə F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova “Sülh günü” və “Sülh aylığı”nın yaranma tarixi haqqında məlumat verib.
Qeyd edib ki, sülh dinclik, əmin-amanlıq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Sülh günü nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. Ş. Qəmbərova bu günlər münasibətilə uşaqları təbrik edib, onlara xoş arzularını çatdırıb.
Tədbirdə uşaq bağçasının fidanları bir saatlıq əyləncəli proqramla çıxış ediblər. Uşaqlar bədii kompozisiya, tamaşa, şən rəqslər və müxtəlif əyləncəli nömrələr nümayiş etdiriblər. Bundan başqa, “SOS” Uşaq Kəndinin sakinləri balacaların ifasında təqdim olunan nağılı da izləyiblər.
Tədbirdə iştirak edən hər bir uşağa kitabxana tərəfindən müxtəlif kitablar hədiyyə olunub. Uşaq bağçasının uşaqlarına isə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı verilib.
Sonda “SOS” Uşaq Kəndinin direktoru Oleq Əmrahov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.