Hərbi birlikdə döyüş atışlı təlim keçirilib VİDEO
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən, ümumqoşun poliqonunda hərbi birliyin döyüş atışlı təlimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ssenariyə əsasən, təlimlərə cəlb olunan motoatıcı, artilleriya, zirehli tank və mühəndis-istehkam bölmələri döyüş atışları icra edib.