Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsinin kənarına 28 mindən çox ağac əkilib VİDEO
Goranboy, 7 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsinin kənarına yeni ağaclar əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin işçiləri tərəfindən ağac əkini üçün nəzərdə tutulan ərazi təmizlənib və iqlim şəraitinə uyğun olan Eldar şamı, küknar, tuya, kiparis kimi həmişəyaşıl ağaclar əkilib.
Bildirilib ki, idarənin tingçilik təsərrüfatında becərilən ağaclar hesabına ilin əvvəlindən indiyə kimi qərb bölgəsinin magistral yollarının kənarına 28 mindən çox həmişəyaşıl və meyvə ağacı əkilib, suvarılması təmin edilib. Bu ayın sonuna kimi isə 10 mindən çox ağacın əkilməsi planlaşdırılıb.