Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaqub Mahmudov: Mən bir tarixçi və millət vəkili kimi xalq içərisində Prezidentə olan böyük sevginin şahidiyəm

Yaqub Mahmudov: Mən bir tarixçi və millət vəkili kimi xalq içərisində Prezidentə olan böyük sevginin şahidiyəm

Bakı, 10 aprel, AZƏRTAC 

Xalqımız 2018-ci il prezident seçkilərində İlham Əliyevə səs verərək davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə “HƏ” dedi.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

Yaqub Mahmudov deyib ki, Prezidentimizin ötənilki fəaliyyətindən bəhs edərkən onun andiçmə mərasimində xalqa verdiyi vədini yada salmaq istərdim: “Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamının amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu Prezident İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezidentin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib.

Ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun səsini qazana bilər.

Dövlət başçısı İlham Əliyevin prezident seçkilərindən sonra imzaladığı ilk Fərman Vətən uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə, onların vərəsələrinə 11 min manat həcmində yardım göstərilməsi barədə olub. Bu sahədə böyük işlər görülmüş və təkcə keçən il şəhid ailələrinə və onların vərəsələrinə 34,1 milyon manat vəsait ödənilib.

Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair “Opinion Way”in sualına respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verməsi hazırkı ictimai-siyasi mənzərəni tam göstərməyə əsas verir.

Prezidentin son bir ildə həyata keçirdiyi struktur və kadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli istiqamətində ciddi addım olub. Bu, son bir ilin ən ciddi uğurlarından biridir. Son zamanlar keçirilən bütün sorğularda Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlər yüksək qiymətləndirilib.

Əməkhaqlarının, təqaüdlərin artırılması, problemli kreditlərin həlli, şəhid ailələrinə verilən kompensasiyalar, qaçqınların mənzillə təmin olunması ilə bağlı görülən işlər Prezidentin xalqımızla birlikdə olduğunu bir daha sübut edir. Regionlara səfəri zamanı Prezident insanlarla birbaşa ünsiyyətə girərək onları maraqlandıran, narahat edən məsələləri müzakirə edir və onlardan təkliflər qəbul edir. Bu, idarəçilikdə Prezidentimizin yeni və mühüm addımıdır. Biz onu birmənalı müdafiə edirik.

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadi, sosial və digər sahələrdə böyük inkişaf mərhələləri keçib, insanların həyat şəraiti yüksəlib və ölkəmizin beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib. Bu reallıqlar İlham Əliyevin siyasi reytinqini dünya miqyasında yüksək səviyyəyə qaldırıb.

Müasir inkişafın Azərbaycan modeli ilə bu gün bütün dünya maraqlanır. Bu modelin müəllifi dövlətimizin başçısı İlham Əliyevdir. Fikrimcə, bu modelin ən mühüm tərkib hissəsi milli-mənəvi dirçəlişimizdir, o cümlədən milli tariximizin saxtalaşdırmalar və təhriflərdən təmizlənməsidir. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun fəaliyyəti də ölkə rəhbərinin daim diqqət mərkəzindədir. Prezidentin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 15 ildə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb. Prezident tarixçilərin arxasında durmasaydı, biz bu tədqiqatları apara bilməzdik. Prezidentimizə minnətdarıq.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2012-ci ildə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı, mənə isə həm də 2019-cu ildə 1-ci dərəcəli “Əmək” ordeni verilib.

Son bir ilin uğurları növbəti illər üçün böyük stimuldur. Ötən il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili”, bu il isə “Nəsimi ili” elan edilib. Bu kimi önəmli addımlar xalqımızın zəngin tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə, milli mənəvi dəyərlərimizə sahibliyinin təsdiqidir. Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq, Tarix İnstitutu Bakıda, bölgələrimizdə və xarici ölkələrdə beynəlxalq və respublika səviyyəli elmi konfranslar təşkil edib.

Dövlətimizin əsas məqsədi işğal olunmuş torpaqları düşmənlərdən təmizləmək və ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir. Biz tarixçilər inanırıq ki, xalqımız nəinki Qarabağdakı yurd yerlərinə, həmçinin gələcəkdə İrəvan, Zəngəzur və Göyçə ellərinə də qayıdacaq. İlham Əliyevin ətrafında sıx birləşməklə biz bu qələbələrə hökmən nail olacağıq.

Prezident İlham Əliyev böyük dövlətlərə və güc mərkəzlərinə nisbətən kiçik dövlətə rəhbərlik etsə də, qlobal miqyasda böyük dövlət xadimidir. Fikrimcə o, bu mürəkkəb qloballaşan dünyanın ən ağır problemlərini həll etməyə qadir olan dövlət xadimidir. O, doğma torpağını, xalqını müasir dünyanın zirvəsində olan dövlətlər, xalqlar sırasına qovuşdurmaq uğrunda mübarizə aparır. Bu mübarizədə uğurlarımız artdıqca dövlətə və onun başçısına qarşı geniş miqyasda əngəllər törətmək meyilləri də baş qaldırır. Biz tarixçilər bundan əvvəl olduğu kimi, bundan sonra da həmişə Prezidentimizin yanında olacağıq. Mən bir tarixçi və millət vəkili kimi xalq içərisində Prezidentə olan böyük sevginin də şahidiyəm. Xalq onu idarə edən müdrik dövlət başçılarını heç zaman unutmur. Bu gün də xalqın içərisində bir zamanlar başçılıq etdiyi böyük Səfəvi imperiyasını başdan-başa dolaşan, xalqının ehtiyaclarını öyrənən və ailələrlə görüşən “şah oğlu Şah Abbas”la bağlı deyimlər, rəvayətlər hələ də sevilə-sevilə danışılmaqdadır. Qürur hissi keçirirəm ki, Prezident ölkəmizin işıqlı gələcəyi naminə ən cəsarətli addımlarını atanda xalq “O Heydərin oğludur, ancaq Heydərin oğlu belə addımlar ata bilər” deyə ürəkdolusu sevinclərini büruzə verir. Xalq içərisində Prezidentimizlə bağlı bu cür deyimlər gəzib-dolaşmaqdadır. Ali Baş Komandan bir sərkərdə kimi daim əsgərlərinin yanındadır. Ordusunu gücləndirmək qayğısına qalır. Əsgərlərlə bir süfrədə yemək yeyir. Mən bir tarixçi olaraq onun simasında bir zamanlar ölkəmizi öz əsgərləri ilə birləşərək, əsgər həyatı keçirərək bütün işğalçılardan təmizləyən qüdrətli Nadir şahı görürəm. Arzu edirəm ki, ölkə başçımız prezidentliyi dövründə müzəffər ordumuzun başında bütün torpaqlarımızı işğalçılardan təmizləsin və Azərbaycan tarixinə xilaskar Prezident kimi daxil olsun. Mən buna inanıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

ABŞ Suriyanı “Terrorizmin sponsorları” siyahısından çıxarıb

ABŞ rəsmisi: İranla iqtisadi əlaqələri kəsməyən ölkələrə yeni sanksiyalar tətbiq olunacaq

Sabah paytaxtda və bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

ABŞ-nin İrana 5 sahədə sanksiyalar tətbiq etdiyi məlum olub – YENİLƏNİB

İsmayıllıda avtomobil aşıb, sürücü ölüb

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb VİDEO

Almaniyanın və Norveçin şirkətləri arasında qaz tədarükünə dair müqavilə imzalanıb

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

Böyük Britaniyanın Baş naziri Ukraynaya dəstəyin davam edəcəyini açıqlayıb

Dünya okeanlarında temperatur rekord həddə çatıb

ADPU magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniya komandasını məğlub edib

“Sabah”ın futbolçusu: Möhtəşəm atmosfer gözləyirik VİDEO

“Sabah”ın futbolçusu: Möhtəşəm atmosfer gözləyirik VİDEO

“Sabah”ın baş məşqçisi: Məsələni əlavə vaxta qalmadan həll edə biləcəyik VİDEO

“Sabah”ın baş məşqçisi: Məsələni əlavə vaxta qalmadan həll edə biləcəyik VİDEO

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub VİDEO

Türkiyədə Beynəlxalq Türk Akademiyasının VIII Yay Məktəbi fəaliyyətə başlayıb

Kəlbəcər şəhərinin ilk məzunu tələbə adını qazanıb

Deputat: Özbəkistan Azərbaycanın Mərkəzi Asiyadakı ən böyük ticarət tərəfdaşıdır VİDEO

Deputat: Özbəkistan Azərbaycanın Mərkəzi Asiyadakı ən böyük ticarət tərəfdaşıdır VİDEO

Tarixi köklərə söykənən strateji tərəfdaşlıq: Azərbaycan-Özbəkistan elm və təhsil diplomatiyasının zirvəsi

Ekspert: Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində yeni imkanlar yaranacaq VİDEO

Ekspert: Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində yeni imkanlar yaranacaq VİDEO

“Könüllülər koalisiyası” Ukraynaya qoşun göndərmək planlarını təsdiq edib

Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü yaradır ŞƏRH

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

Dələduzluqda ittiham olunan şəxs Ukraynadan ölkəmizə ekstradisiya ediləcək

Paytaxtda 20-yə yaxın küçə və prospektdə təmir işləri aparılır

Məktəbəhazırlıq qrupları üzrə 59 minə yaxın sorğu yerləşdirilib

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

“Hapoel”in baş məşqçisi: “Sabah"ın heyətində əla futbolçular var VİDEO

“Hapoel”in baş məşqçisi: “Sabah"ın heyətində əla futbolçular var VİDEO

Bakı-Daşkənd xətti regional əməkdaşlığın mühüm istiqamətinə çevrilir RƏY

Birinci sinfə qəbul üçün 121 mindən çox sorğu yaradılıb

İsrail klubunun qapıçısı: “Sabah”la çətin duelə hazırıq VİDEO

İsrail klubunun qapıçısı: “Sabah”la çətin duelə hazırıq VİDEO

Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

Oğurluqda təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya ediləcək

Qarabağ Universiteti ilə Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müzakirə olunur

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Bakıda keçiriləcək çimərlik güləşi yarışlarının azərbaycanlı hakimləri müəyyənləşib

“İri Şəhərlərin Su Təchizatı” QSC: Əhali abonentlərinin 79,89 faizi CİS bazasına inteqrasiya olunub

Hakan Kılıç: Azərbaycan Prezidentinin Özbəkistana səfəri Türk dünyası baxımından mühüm hadisədir

Fransada irqçiliyə yol verən hərbçilərlə bağlı araşdırma başlayıb

İxtisas seçiminin nəticələri açıqlanıb: 58 min 947 nəfər ali məktəblərə qəbul olunub YENİLƏNİB

Azərbaycan-özbək ədəbi əlaqələri qarşılıqlı tərcümədən elmi əməkdaşlığa doğru inkişaf edir

Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində fasilə yaranacaq

Özbəkistan komandasının məşqçisi: Futbol insanları birləşdirir VİDEO

Özbəkistan komandasının məşqçisi: Futbol insanları birləşdirir VİDEO

® “Lombard” kreditinə illik 10 faizədək endirim – ŞƏRTLƏR

Bişkekdə kibertəhlükəsizlik festivalı olacaq

Azərbaycan-Özbəkistan nəqliyyat əlaqələri geniş perspektivə malikdir - ŞƏRH

Politoloq: Cənubi Qafqazla Mərkəzi Asiyanın birləşməsinə şahidlik edirik VİDEO

Politoloq: Cənubi Qafqazla Mərkəzi Asiyanın birləşməsinə şahidlik edirik VİDEO

Mütəxəssis: Xəzər sahillərində şəhərsalma layihələri səviyyə dəyişmələri nəzərə alınmaqla həyata keçirilməlidir

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

“Bir yay, min xatirə” yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar təşkil olunub

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

Çempionlar Liqası: “Sabah” – “Hapoel” matçına 20 minə yaxın bilet satılıb

Gülşən Kəngərli: Azərbaycan ilə Özbəkistan arasında tələbə və elmi əməkdaş mübadiləsi uğurla aparılır

Göyçayda ilan sancan 40 yaşlı kişi xəstəxanaya yerləşdirilib

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək

Rektor: ADMİU ilə Özbəkistanın ali təhsil və incəsənət müəssisələri arasında əlaqələr yeni mərhələdədir

Daxili işlər naziri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

Biomüxtəlifliyin aktual problemlərinə dair II respublika elmi-praktik konfransı təşkil olunacaq

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

Ekspert: Azərbaycan bankının Özbəkistan bazarına daxil olması milli biznesin bu ölkədə genişlənməsinə paralel atılan addımdır

“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq

Özbəkistanlı deputat : Azərbaycanla münasibətlərimiz konkret imkanlar diplomatiyasına keçid edir

Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar VİDEO

Buxara şəhərində “Ark” qalası ilə tanışlıq VİDEO

Azərbaycanın və Özbəkistanın potensialının bir-birini tamamlaması Orta Dəhlizin inkişafında ciddi imkan yaradır Təhlil

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNİB VİDEO

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirinin açılışı olub VİDEO

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirinin açılışı olub VİDEO

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb

“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

Ekspert: Azərbaycan-Özbəkistan nəqliyyat əməkdaşlığının perspektivi Orta Dəhlizin inkişafı ilə bağlıdır

İmtahan vermədən AzTU-da ikinci təhsil almaq şansı

Zərifə Quliyeva: Əbədiləşən Özbəkistan-Azərbaycan dostluğu iki qardaş xalqın münasibətlərini yeni mərhələyə yüksəldir

Almaniyanın ikinci milyarderi Klaus-Mixael Kühne vəfat edib

Allergenlərin qida məhsullarının etiketində göstərilməsinə dair yeni tələblər müəyyənləşdirilib

ATMU tələbələri Özbəkistanda keçirilən beynəlxalq yay məktəbində iştirak ediblər

Türkiyəli yazıçı: Azərbaycan türkləri Çanaqqala müharibəsini özlərindən ayrı görmədilər

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb VİDEO

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb VİDEO

Endi Börnhem yeni evlənən cütlüyə sürpriz edib

Peşəkar təcrübəsi və müasir tibbi yanaşmalara verdiyi önəmlə seçilən həkim

Siyasi şərhçi: “Əbədi dostluq” iki qardaş ölkənin gələcəyə birlikdə baxmaq iradəsinin ifadəsidir

Azərbaycan və Latviya əmək bazarı və məşğulluq sahəsində təcrübə mübadiləsi aparır

Tanınmış futbolçu Fabinyo “Trabzonspor”a keçib

Azərbaycan və Özbəkistan Türk dünyasının birliyinin möhkəmlənməsində mühüm rol oynayır - ŞƏRH

Ötən həftə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarına yeni baş məşqçilər təyin olunub

HTP qalibi: Çində əldə edəcəyim bilikləri Azərbaycanın neft-qaz sənayesinə tətbiq etmək istəyirəm

Arif Əsədov: “Neftçi” düzgün yoldadır

Cənubi Qafqazın 8 min illik tarixi - Göytəpədə arxeoloji tədqiqatlar davam etdirilir VİDEO

Cənubi Qafqazın 8 min illik tarixi - Göytəpədə arxeoloji tədqiqatlar davam etdirilir VİDEO

® Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!

M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda 26 yaşayış məntəqəsi üzrə 420 kilometr avtomobil yolu əsaslı təmir olunacaq – Açıqlama VİDEO

Naxçıvanda 26 yaşayış məntəqəsi üzrə 420 kilometr avtomobil yolu əsaslı təmir olunacaq – Açıqlama VİDEO

Aygün Süleymanova: Azərbaycan–Özbəkistan teatr əlaqələri dərin tarixi köklərə malikdir

“Euronews” Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən yazıb

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geoiqtisadi körpü yaradır RƏY