Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neytn Kar: Dövlət İmtahan Mərkəzi ingilis dili biliklərinin qiymətləndirilməsi prosesini mükəmməl təşkil edib VİDEO

Bakı, 12 aprel, AZƏRTAC

Bakıya səfərim ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilən “İngilis dili mütəxəssisi” proqramı çərçivəsində Dövlət İmtahan Mərkəzi tərəfindən ingilis dili fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi istiqamətində görülən işlərə kömək göstərmək məqsədilə təşkil olunub.

Beynəlxalq imtahan təcrübəsi tədris prosesinə müsbət təsir edəcək

Bu fikri ingilis dili fənni üzrə amerikalı mütəxəssis Neytn Kar AZƏRTAC-a müsahibəsində söyləyib. Səfərin məqsədi barədə təfsilatı ilə məlumat verən Neytn Kar deyib: 

-Təlim səfərimə Azərbaycanda buraxılış imtahanlarında ingilis dili biliklərini qiymətləndirmə alətləri ilə tanışlıq, eyni zamanda, bu qiymətləndirmə alətlərini tərtib edən müəllim heyətinə təlimlər keçirilməsi və Dövlət İmtahan Mərkəzinin əməkdaşlarına konsultativ məşğələlər keçirilməsi daxildir. Bütün bunlar Dövlət İmtahan Mərkəzinin və onun cəlb etdiyi müəllimlərin institusional quruculuq fəaliyyətini dəstəkləmək, onların test tapşırıqları hazırlamaq istiqamətində peşəkar qabiliyyətini artırmaq məqsədlərinə xidmət edir. Bununla yanaşı, beynəlxalq imtahan təcrübəsi yerli imtahanlara tətbiq ediləcək ki, nəticədə Dövlət İmtahan Mərkəzi tərəfindən ingilis dili biliklərinin qiymətləndirilməsi üzrə yaradılmış alət beynəlxalq olaraq tanınacaq və tədris prosesinə də müsbət təsir edəcək. Yəni tədris zamanı şagirdlərdə beynəlxalq imtahanlarda tələb edilən səviyyədə dinləmə, yazma, oxuma, danışma kimi bacarıq və vərdişlər aşılanacaq. Beləliklə, onlar buraxılış imtahanına ingilis dilində ünsiyyətəyönümlü şagirdlər kimi gələcəklər.

Layihədə markerlərin hazırlığı məsələsi də əksini tapıb

Onu da deyim ki, səfər çərçivəsində tam (11 illik) orta təhsil bazasında buraxılış imtahanı materiallarının hazırlanması prosesində iştirak etdim. Həmçinin imtahan cavablarını yoxlayan markerlərlə təlim təşkil edildi. Onların da peşəkar qabiliyyətlərinin, yəni yoxlama qabiliyyətlərinin artırılması əməkdaşlığımızın məqsədləri sırasındadır. Çünki onlar gələcəkdə həm yazı, həm də danışıq bacarıqlarının yoxlanılmasına cəlb olunacaqlar. Hazırda isə onlar kiçik mətnləri yoxlayırlar. Markerlərin də hazırlığı gələcək qiymətləndirmə fəaliyyətlərinin etibarlılığı baxımından layihədə əksini tapıb. Bütün bunlar məcmu halda qiymətləndirmə alətinin keyfiyyətini artırmış olur.

-“İngilis dili mütəxəssisi” (ELS) proqramının Dövlət İmtahan Mərkəzi üçün nə kimi əhəmiyyəti var?

-Bu proqramın Dövlət İmtahan Mərkəzinə verəcəyi töhfə, ilk növbədə, bu qurumun əməkdaşlarının və cəlb etdiyi müəllimlərin institusional quruculuq fəaliyyətinin artırılmasına, yəni test hazırlama prosesində iştirak edən müəllim və ekspert qrupunun peşəkar bacarıqlarının artırılmasına yönəlib. Daha spesifik olaraq “Dillər üzrə Ümumi Avropa Tövsiyə Çərçivə Sənədi”ni (CEFR) yerli imtahanların qiymətləndirilməsinə uyğunlaşdırmaqdır. Bu Çərçivə Sənədinin uğurlu tətbiqi - onun həm qiymətləndirmədə, həm tədrisdə öz əksini tapması müvafiq problemlərin qarşısını almağa töhfə verə bilər ki, biz bunu keçirdiyimiz təlimlərdə söylədik. Təsəvvür edin ki, hətta ABŞ-da belə xarici dilin tədrisində çətinliklər olur.

Azərbaycanda müasir testologiyaya uyğun test modeli tətbiq olunur

-Azərbaycanda yeni imtahan prosesini beynəlxalq təcrübə ilə necə müqayisə edərdiniz?

-Sizin verdiyiniz bu suala üç istiqamətdə cavab vermək olar. Birinci istiqamət Dövlət İmtahan Mərkəzi tərəfindən test tapşırıqlarının hazırlanması, ekspertizası və təhlükəsizliyidir. Bu testlərin dil daşıyıcısı olmayan mütəxəssislər tərəfindən tərtib olunduğunu nəzərə alaraq, test tapşırıqlarını keyfiyyət baxımından yaxşı hesab edirəm. Xüsusilə ekspertizaya ayrılan diqqət ümumi imtahanın keyfiyyətini artırır. İkinci istiqamət psixometrik cəhətdir. Müşahidələrimin, eləcə də aparılan müzakirələrin nəticəsi olaraq deyə bilərəm ki, Azərbaycanda imtahan üçün müasir testologiyaya uyğun olan test modeli tətbiq edilir. Azərbaycanın ərazi baxımından böyük olmadığını və test hazırlanması üzrə mütəxəssislərin o qədər də çox olmadığını nəzərə alaraq, bu günədək müvafiq istiqamətdə görülən işlər xüsusi alqışlanası bir haldır.

Amerikalı mütəxəssis ingilis dili fənni üzrə müstəqil buraxılış imtahanı keçirilməsini tövsiyə edir

Üçüncü istiqamət beynəlxalq təcrübədə buraxılış imtahanında ingilis dili fənni üzrə müstəqil imtahanın olması ilə bağlıdır. Hazırda Azərbaycanda ingilis dili imtahanı buraxılış imtahanının bir hissəsi kimi həyata keçirilir. Lakin bu tövsiyəni nəzərə almaq lazımdır ki, gələcəkdə ingilis dili imtahanının müstəqil olaraq təşkil edilməsi çox vacibdir. Hazırda ingilis dili imtahanı buraxılış imtahanının bir hissəsi olduğundan, bu imtahan qısa hesab edilir. Yaxşı olardı ki, ingilis dilinin nəticələrində dil üzrə yazı, oxu, dinləmə, danışma bacarıqlarının hamısı görünsün. Məsələn, elə ali məktəblər var ki, onlar konkret yazı ilə bağlı olan balı yüksək qiymətləndirirlər, çünki bu keyfiyyət orada təhsil alarkən tələbənin köməyinə gəlir. Ona görə də ingilis dili imtahanında müxtəlif bacarıqlara uyğun nəticələrin verilməsi vacibdir ki, bu da gələcəkdə həmin fənn üzrə müstəqil imtahan keçirmək imkanını zəruri edir. Digər tərəfdən, beynəlxalq standartlara əsasən imtahana 3 saat vaxt ayrılması tövsiyə olunur. İngilis dili ilə bağlı əlavə bacarıqlar daxil ediləcəyi halda, imtahanın müddəti çoxalacaq və bu, şagirdlərdə narahatlıq yaradacaq. Bütün bunları nəzərə alaraq, ingilis dili imtahanının müstəqil keçirilməsi təklif olunur.

Neytn Kar layihənin növbəti mərhələlərindən də danışdı

-Sizin tərəfinizdən bu günlərdə keçirilən təlimlər Dövlət İmtahan Mərkəzinin ekspertləri və müəllim heyəti tərəfindən necə qarşılandı?

-Tam əminliklə deyirəm ki, təlimlər uğurla keçdi. İştirakçılar təlimlərə həvəslə yanaşdılar. Onlar qiymətləndirmə alətinin inkişafı məsələsində maraqlıdırlar ki, bu da müvafiq istiqamətdə uğur qazanılmasına zəmin yaradır. Əminəm ki, bütün bunlar tədrisə də öz müsbət təsirini göstərəcək.

-“Müəllimlər üçün intensiv peşəkar inkişaf təlimi və konsultasiya” layihəsinin növbəti mərhələlərində (oktyabr və 2020-ci ilin yanvar ayı) hansı işlər planlaşdırılır?

-Layihənin növbəti mərhələsi oktyabr ayına təsadüf etsə də, biz kiçik bir dəyişiklik etməyi planlaşdırırıq. Bu da sentyabrın 22-dən 27-dək Dövlət İmtahan Mərkəzi tərəfindən “Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həll yolları” mövzusunda Bakıda keçiriləcək “IAEA 2019” konfransı ilə bağlıdır. Konfransın sonuncu günündə - sentyabrın 27-də əsasən yerli müəllimlər üçün ingilis dilində test suallarının yazılmasına dair birgünlük məşğələ nəzərdə tutulur. Odur ki, Bakıya 2-3 gün tez gəlməyi planlaşdırıram. Dil biliyinin qiymətləndirilməsində dörd bacarığın - dinləmə, oxuma, yazma və danışmanın hər birinə iki gün ayrılacaq və təlimlər keçiriləcək. Daha iki gün isə Dövlət İmtahan Mərkəzinin əməkdaşları ilə məşğələ aparılacaq. Layihənin 2020-ci ilin yanvar ayına planlaşdırılan üçüncü mərhələsində əvvəlki mərhələlərdə görülmüş işlər nəzərdən keçiriləcək, təlimlərin nə dərəcədə effektiv olduğu, bundan asılı olaraq konsultativ məşğələlərin istiqamətləri müəyyənləşdiriləcək.

-DİM-in imtahanlarında istifadə olunan ingilis dili fənni üzrə test tapşırıqlarının qiymətləndirilməsinin qənaətbəxş hesab olunub-olunmaması barədə fikrinizi bilmək istərdik...

-Hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən ingilis dili biliklərinin, xüsusilə cavabların qiymətləndirilməsi prosesi mükəmməl şəkildə təşkil olunub. Belə ki, qiymətləndirmənin həm IT, həm də peşəkar tərəfi yüksək səviyyədə təşkil edilib. Gələcəkdə ingilis dili biliyinin bütün bacarıqlar üzrə qiymətləndirilməsinə dair çətinlik yarana bilər ki, bu məsələni biz layihənin növbəti mərhələlərində nəzərə alacağıq.

Xatırladaq ki, amerikalı mütəxəssis Neytn Kar aprelin 1-dən 12-dək Dövlət İmtahan Mərkəzinin ekspertləri və müəllim heyəti üçün dilin qiymətləndirilməsində beynəlxalq təcrübə və DİM-in imtahanlarında istifadə olunan ingilis dili fənni üzrə test tapşırıqlarının qiymətləndirilməsinin “Dillər Üzrə Ümumavropa Tövsiyə Çərçivə Sənədi” (CEFR) uyğunlaşdırılması mövzularında intensiv təlimlər həyata keçirib.

Müəllimlər üçün təlimlər Dövlət İmtahan Mərkəzinin ingilis dili fənni üzrə qiymətləndirmə materialları hazırlayan müəllimlərin təcrübəsinin inkişaf etdirilməsi, o cümlədən yerli müəllimlərin qiymətləndirmə bacarıqları (yazı, oxu, dinləmə üzrə) ilə tanışlıq xarakteri daşıyır.

Təlim çərçivəsində Neytn Kar CEFR haqqında təqdimat edib. Müəllimlər mütəxəssisin verdiyi müxtəlif növ tapşırıqları da yerinə yetiriblər. İnteraktiv şəkildə təşkil olunan təlimlərdə

ingilis dili fənni üzrə bacarıqların qiymətləndirilməsi üzrə xüsusi tələblər, ABŞ və Azərbaycan məktəblərində dil bacarıqlarının qiymətləndirilməsi təcrübələri, diaqnostik və formativ qiymətləndirmə kimi mövzulara geniş yer verilib.

Neytn Kar: Dövlət İmtahan Mərkəzi ingilis dili biliklərinin qiymətləndirilməsi prosesini mükəmməl təşkil edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızıl və gümüş ucuzlaşıb

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur