SİYASƏT


Beynəlxalq Türk Akademiyasında üzv ölkələrin Strateji Araşdırmalar mərkəzlərinin rəhbərləri ilə görüş olub

Nur-Sultan, 27 aprel, AZƏRTAC

Nur-Sultan şəhərində, Beynəlxalq Türk Akademiyasında (TWESCO) Türk Şurasına üzv ölkələrin Strateji Araşdırmalar mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin rəisi vəzifəsini icra edən Hüseyn Hüseynov, Qırğızıstan Beynəlxalq Strateji Milli İnstitutunun direktoru Kuvanıçbek Şadıbekov, Türkiyənin ANKASAM Strateji Araşdırmalar Mərkəzinin direktoru Erol Seyfettin, Milli Məclisin deputatı Musa Quliyev, Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Zarema Şaukenova, "İctimai Rəy" İnstitutunun direktoru Botaqoz Rakişeva və başqaları iştirak ediblər.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali akademiyanın fəaliyyətindən, beynəlxalq əlaqələrindən danışıb. O deyib ki, akademiya türk dünyasında elmi-tədqiqat işlərini, analitik araşdırmaları əlaqələndirir.

Görüşdə Türk Şurasına üzv ölkələrin dövlət başçılarına və müvafiq qurumlara təqdim olunmuş "Türkbarometr" layihəsi yüksək qiymətləndirilib. Bundan əlavə, TÜRKPA, TÜRKSOY kimi təşkilatlar üçün bir neçə inteqrasiya sənədinin hazırlanmasından bəhs olunub. Qeyd edilib ki, beş yaşlı “GLOBAL-Türk” dərgisini türkdilli xalqlar üçün ortaq platforma hesab etmək olar.

Görüşdə Türk Şurasına üzv ölkələrin Strateji Araşdırma mərkəzləri arasında tərəfdaşlıq məsələləri müzakirə olunub. Tədqiqat mərkəzlərinin rəhbərləri ilə akademiyanın gələcək layihələri və elmi əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.