Respublika Uşaq Kitabxanasında rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 13 iyun, AZƏRTAC
Firidun Köçərli adına Respublika Uşaq Kitabxanasında “Mədəni irsimizi yaşadaq: Əsrlərin yadigarı - Dədə Qorqud” boyları üzrə keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, tədbiri kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova açaraq müsabiqənin keçirilməsində məqsədin mədəni irsimizi yaşadaraq uşaqları “Kitabi-Dədə Qorqud” dastanında olan boylarla yaxından tanış etmək olduğunu vurğulayıb.
Sonra “Kitabi-Dədə Qorqud” haqqında tarixi məlumatların əks olunduğu videomaterial təqdim edilib.
Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.