“TurAz Qartalı - 2019” təlimlərində növbəti uçuşlar icra olunub VİDEO









Bakı, 10 sentyabr, AZƏRTAC
“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq növbəti uçuşlar yerinə yetirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın və Türkiyənin 30-dək hərbi aviasiya vasitəsinin cəlb olunduğu təlimlər sentyabrın 16-dək davam edəcək.