SİYASƏT


Azərbaycan ilə Belarus arasında təhlükəsizlik məsələləri müzakirə olunub

Minsk, 7 fevral, AZƏRTAC

Fevralın 7-də Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkov ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Belarus ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət, energetika və sənaye sahələrində əməkdaşlıq, eləcə də beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrdə müsbət dinamikasını vurğulayıb, strateji tərəfdaşlıq, əlaqələrin möhkəmləndirilməsi və birgə təhlükəsizlik layihələrinin həyata keçirilməsinə sadiq olduqlarını bir daha qeyd ediblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.