142 KİLOQRAM NARKOTİK VASİTƏ YANDIRILARAQ,MƏHV EDİLMİŞDİR
Nazirlər Kabinetinin Hərbi və inzibati orqanlar şöbəsinin müdiri Əzim Piriyev bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 saylı qərarına əsasən, ekspert rəyi ilə qanunvericilikdə nəzərdə tutulmuş məqsədlər üçün istifadəsi məqsədəuyğun sayılmadıqda narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları tam həcmdə məhv edilir.
Məhvetmə xüsusi yaradılmış komissiya vasitəsilə həyata keçirilir. Komissiyanın tərkibinə Milli Təhlükəsizlik, Daxili İşlər, Ədliyyə, Səhiyyə nazirliklərinin, məhkəmə, prokurorluq orqanlarının, Dövlət Sərhəd və Dövlət Gömrük Xidmətlərinin nümayəndələri daxil edilir. Komissiya bu narkotik maddələrin məhvedilmə prosesini aktlaşdırır.