“Sən elə bir zirvəsən ki...” adlı esse müsabiqəsinin nəticələri elan edilib
Bakı, 12 may, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanası ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ili münasibətilə məktəblilər arasında keçirtdiyi “Sən elə bir zirvəsən ki...” adlı esse müsabiqəsinin nəticələrini elan edib.
AZƏRTAC xəbər verir ki, onlayn müsabiqədə Bakı şəhəri üzrə 21 məktəbli iştirak edib. Təqdim olunan esselər kitabxananın “facebook” səhifəsində paylaşılıb.
Səs çoxluğu əsasında 722 səs toplayan (ən çox bəyənilmiş esse) 192 saylı məktəbin 4-cü sinif şagirdi Selcan Alagözova qalib seçilib.
Yazılan esselərdə məktəblilər Ulu Öndərə olan hədsiz məhəbbətlərini səmimi sözlərlə ifadə ediblər.
Qeyd edək ki, esse müsabiqəsinin keçirilməsində əsas məqsəd Ulu Öndərin bənzərsiz həyat yolunun böyüməkdə olan gənc nəslə təbliğ edilməsi, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [12:31]
7:30-da dayanan saat: Xavər Vəkilovanın xatirələri
- 07.09.2026 [12:17]
Milli Xalça Muzeyində Nərmin Nəcəfin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq
- 07.09.2026 [12:03]
Akademik Musiqili Teatr yeni mövsümə başlayıb
- 07.09.2026 [11:34]
Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq
- 06.09.2026 [19:11]