14 YAŞLI NEPALLI “GİNNESSİN REKORDLAR KİTABI”NA DÜŞMƏYƏ HAZIRLAŞIR
Ona yardım göstərmək üçün təşkil olunmuş Hacendra Tap Maqar Akademiyasının sədri Min Bahadur Rana demişdir ki, o, balaça nyudehlili rekordçu Qul Məhəmmədi sıxışdıraraq, dünyanın ən balaca adamı kimi “Ginnessin rekordlar kitabı”na düşə bilər. Yeri gəlmişkən, boyu 57 santimetr olan Qul Məhəmməd siqaret çəkmək nəticəsində 1997-ci ildə 36 yaşında dünyasını dəyişmişdir.
Yeniyetmənin boyunun çıxmamasının səbəbləri məlum deyildir. Onun qohumları arasında oxşar hal qeydə alınmamışdır. Maqar heç vaxt məktəbə getmədiyinə baxmayaraq, gələcəkdə həkim olmaq arzusundadır.
Onun ailəsi Maqarın balaca boyunu bütün ölkəyə nümayiş etdirməklə qazanc əldə edir. Minlərlə nepallı qeyri-adi oğlana baxmaq üçün yığışır, çünki digər pərəstiş obyekti olan 16 yaşlı Bancan müəmmalı şəkildə yoxa çıxdıqdan sonra mövhumatçı nepallılar balaca Maqarı Buddanın yeni siması kimi qəbul etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]