Azərbaycan Dövlət İnformasiya Agentliyi

15 Oktyabr - Qələbəyə aparan yolun başlanğıcı ŞƏRH

15 Oktyabr - Qələbəyə aparan yolun başlanğıcı  ŞƏRH

Bakı, 15 oktyabr, AZƏRTAC

2003-cü il oktyabrın 15-i Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. 21 il əvvəl xalq öz gələcəyini, inkişafını, təhlükəsizliyini, zəfərini təmin etmək üçün etimad göstərdiyi şəxsə - İlham Əliyevə səs verdi. O, dünya liderləri sırasında xalqa verdiyi bütün vədləri yerinə yetirən nadir siyasi xadimlərdən biridir. Ölkə iqtisadiyyatında dinamik inkişaf, geniş enerji islahatları, əhalinin sosial təminatının gücləndirilməsi, vətəndaş məmnunluğunun əldə olunması yürüdülən düzgün strategiya əsasında mümkün olub. Ölkəmizin iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqenin möhkəmləndirilməsini stimullaşdırdı. Görülən ölçüyəgəlməz fəaliyyətlərin əsas hədəfi, heç şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. İlk dəfə prezident seçilməsindən 17 il sonra Ali Baş Komandan kimi Qarabağda və Şərqi Zəngəzurda parlaq Zəfər əldə edən dövlətimizin başçısı 20 il sonra Xankəndidə üçrəngli Bayrağı ucaltmaqla qələbəni tamamladı. Əldə olunan nailiyyətlər xalqımızın 21 il əvvəl doğru seçim etdiyinin təsdiqidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Ötən il oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağının ucaldılmasını Prezident İlham Əliyevin möhtəşəm uğurlarının təntənəsi adlandıran deputat əlavə edib: “Dövlətimizin başçısı özünün də qeyd etdiyi kimi, prezident seçilərkən Azərbaycan Bayrağını işğal altında olmuş bütün ərazilərdə qaldırmağı vəzifə borcu hesab edirdi. Onun bu borcu yerinə yetirəcəyinə Ulu Öndər Heydər Əliyev hər kəsdən çox inanırdı. Dahi Lider “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” ifadəsi ilə işğal altındakı torpaqlarımızın azad edilməsini də nəzərdə tuturdu. Prezident İlham Əliyev həm ata vəsiyyətini, həm də xalqa vədini yüksək səviyyədə yerinə yetirdi. Bu gün bizim qarşımızda digər vəzifələr, missiyalar dayanır: Qələbəmizi qoruyub saxlayaraq möhkəmləndirmək, Azərbaycanı inkişaf etdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini daha da yüksəltmək, bütün bölgələrdə quruculuq işləri aparmaq, yeni iş yerləri açmaq, ölkəmizə qarşı təzyiqləri aradan qaldırmaq və beynəlxalq nüfuzumuzu daha da gücləndirmək”.

Tahir Mirkişili bildirib ki, torpaqlarımızın işğal altında olması, qaçqın və məcburi köçkün problemləri ümumi inkişaf tempimizi zəiflədirdi. Vətən müharibəsi və antiterror tədbirləri ilə bu maneələr, problemlər aradan qalxıb. Tarixi zəfərimizin həyatımıza müsbət təsiri göz önündədir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri on minlərlə yeni işlərinin açılmasına, iqtisadi inkişafa səbəb olub. İşğaldan azad olunan ərazilərə yatırılan investisiyaların, yaradılan sənaye və kənd təsərrüfatı müəssisələrinin iqtisadi faydasını yaxın illərdə daha da aydın hiss edəcəyik. Qarabağ və Şərqi Zəngəzurun iqtisadi artımda payı ildən-ilə artacaq. Təbii ki, bütün bunlar Azərbaycan Prezidentinin yürütdüyü düzgün strategiyanın nəticəsidir.

“Azərbaycan ötən müddət ərzində öz resurslarına arxalanaraq güclü iqtisadi sistem qurub. Biz iqtisadi baxımdan heç kimdən asılı deyilik. İqtisadi müstəqilliyimiz beynəlxalq müstəvidə bizə böyük imkanlar qazandırır. Bunun nəticəsidir ki, Azərbaycan uğurla, ləyaqətlə müstəqil xarici siyasət yürüdür. Azərbaycan iqtisadiyyatı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində keçid dövrünü başa vurdu. Bu, bazar iqtisadiyyatına sadiqliyin və inamın nəticəsində mümkün oldu. 2003-cü ildə ölkədə ÜDM-in 73 faizi özəl sektorun payına düşürdüsə, indi bu rəqəm 80 faizdən çoxdur. Azərbaycan “yuxarı-orta gəlirli ölkələr” sırasına yüksəlib. Nəqliyyat, enerji, təhsil, səhiyyə, turizm və digər sahələr üzrə infrastruktur demək olar tamamilə yenidən quruldu. Azərbaycanın tamamilə qazlaşdırılması, elektrikləşdirilməsi başa çatmaq üzrədir. Biz borc alan ölkədən donor ölkəyə çevrilmişik. Ölkə Prezidentinin hər zaman vurğuladığı kimi, Azərbaycan valyuta ehtiyatları, daxili istehsal və ixrac potensialı ilə iqtisadi müstəqilliyini təmin etmiş ölkədir. Dövlətimiz müasir dövrün tələblərinə uyğun olaraq, bölgədə yeni iqtisadi fəaliyyət formalarının inkişafına təkan verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsi də məhz Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, xüsusilə də yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Bu istiqamətdə çox mühüm addımlar atılmaqdadır. Təbii ki, 2023-cü il 15 oktyabr prezident seçkilərinin Azərbaycan tarixindəki rolu, dövlətimizin başçısının 21 illik xidmətlərinin nəticələri barədə çox danışmaq olar. Düşünürəm ki, 21 il ərzində əldə olunan ən böyük qazanclarımızdan, uğurlarımızdan biri vətəndaş məmnunluğu, xalqın sevgisi və dəstəyidir. Bu gün Azərbaycan xalqı öz Prezidentini sevir, onun ətrafında sıx birləşib. Dünyanın heç bir ölkəsində xalqlar Azərbaycanda olduğu qədər öz prezidentinə sadiq deyildir. Bu sevgi, bu dəstək yorulmaz fəaliyyətin, böyük zəhmətin, təmənnasız xidmətin nəticəsində mümkün olub”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam