SİYASƏT


ABŞ-ın Hyuston şəhərində Ermənistanın təcavüzünə qarşı etiraz və Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib VİDEO

Vaşinqton, 29 oktyabr, AZƏRTAC 

Oktyabrın 28-də Texas ştatının Hyuston şəhərində ABŞ-ın Azərbaycan icmasının üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzünə etiraz və Azərbaycan Ordusuna Dəstək aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, Hyuston şəhər administrasiyası binasının qarşısında keçirilən aksiya zamanı icma üzvləri Ermənistanın Azərbaycanın Bərdə şəhərinə qarşı sonuncu raket hücumunu, Yeravanın günahsız mülkü insanlara qarşı keçirilən soyqırımı siyasətini pisləyib, ABŞ administrasiyasını Ermənistanı təcavüzkar dövlət olduğunu tanımağa çağırıb, Qarabağın Azərbaycan torpağı olduğunu qeyd ediblər, amerikalılara Azərbaycan həqiqətlərini çatdırıblar.

Aksiya iştirakçıları işğal altında olan torpaqların “mübahisəli” deyil, beynəlxalq səviyyədə tanınmış əzəli Azərbaycan torpağları olduğunu qeyd ediblər.

Aksiya zamanı, həmçinin Ermənistan silahlı qüvvələrinin Gəncəyə, Mingəçevirə və digər yaşayış məntəqələrinə ballistik raket zərbələri haqqında məlumat veriblər. Tədbirdə 300-dən çox icma üzvü iştirak edib.

Eyni zamanda, Azərbaycan icma üzvləri İsrail, Pakistan, Türkiyə və Ukraynanın bayraqlarını qaldıraraq bu ölkələrə Azərbaycanı dəstəkləmələrinə görə təşəkkürlərini bildiriblər.

AZƏRTAC-ın Vaşinqton bürosu

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.