Respublika Uşaq Kitabxanası oxucular üçün yeni rubrika təqdim edib
Bakı, 16 dekabr, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Əzizinəm Qarabağ” adlı virtual sərgini oxucuların istifadəsinə təqdim edib.
AZƏRTAC xəbər verir ki, oxucular, virtual sərgi vasitəsilə Qarabağ həqiqətlərini əks etdirən, real tarixi faktlara və sənədlərə əsaslanan 50 kitabın tam mətni ilə tanış ola bilər.
Təqdim olunmuş kitablar arasında Fazil Qaraoğlunun “Ermənilər və həqiqətlər”, İsmayıl İmanzadə, Tariyel Abbaslının “Cəbrayıl şəhidləri”, Əlisahib Əroğulun “Erməni-daşnak faşizmi və Azərbaycan”, Günel Anarqızının “Oğlun Qarabağ”, Ələmdar Quluzadənin “Qadan mənə Qarabağ”, Elxan Elatlının “Qisas gecəsi”, Sevinc Nuruqızının “Qisas”, Əlibala Məhərrəmzadənin “ Xocalı Soyqırımı”, Mina Rəşidin “Baxmaqla görmək ayrıdı!” kimi müxtəlif Qarabağ həqiqətlərini əks etdirən kitablar yer alıb.
Qeyd edək ki, sərgi ilə tanış olmaq istəyənlər kitabxananın www.clb.az saytının multimedia bölməsində baxa bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [12:31]
7:30-da dayanan saat: Xavər Vəkilovanın xatirələri
- 07.09.2026 [12:17]
Milli Xalça Muzeyində Nərmin Nəcəfin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq
- 07.09.2026 [12:03]
Akademik Musiqili Teatr yeni mövsümə başlayıb
- 07.09.2026 [11:34]
Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq
- 06.09.2026 [19:11]