Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Türk Dünyası” adlı ilk rəqəmsal layihə təqdim olunub VİDEO

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”un birgə yaratdığı “TURKİC.World” (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimatı olub.

AZƏRTAC xəbər verib ki, təqdimatda çıxış edən Trend İnformasiya Agentliyinin nümayəndəsi Sahil Kərimli bu il fevralın 18-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu təsdiqlədiyini qeyd edib. O bildirib: “Memorandumun hazırlanması üçün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyəyə səfər edib. Səfərin əsas məqsədi Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılması olub. Səfər çərçivəsində Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirilib, ortaq media platformasının qurulması yolları müzakirə olunub. Eyni zamanda, aprelin 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində lazımi işlərin görüldüyü bildirilib. Həmçinin ölkəmizin türkdilli dövlətlərlə əməkdaşlığın inkişafı məqsədilə yol xəritəsi hazırladığı qeyd olunub. Bununla yanaşı, tədbir zamanı İnformasiya və kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin qarşıda duran prioritet istiqamətlərdən biri olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, türkdilli ölkələr arasında əlaqələrin dərinləşməsi həm Prezident İlham Əliyevin, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də digər türkdilli ölkələrin rəhbərlərinin diqqət mərkəzindədir. Bu qardaş ölkələr arasında həyatın bir çox sahələrində münasibətlərin daha da inkişaf etdirilməsi üçün ortaq media platformasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Qeyd olunanları nəzərə alaraq, türkdilli ölkələr arasında ortaq media platformasının yaradılması ideyasına öz töhfəmizi vermək qərarına gəldik. Bu məqsədlə bu gün Trend İnformasiya Agentliyi Türkiyənin “Albayrak Media Group”u ilə birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihəni (https://turkic.world) təqdim edir”.

S.Kərimli qeyd edib ki, ilk dəfə həyata keçirilən layihənin məqsədi türkdilli ölkələrin ortaq tarixi, dini, mədəni və dil dəyərlərini əsas götürərək, türk dünyasının ortaq kommunikasiya platformasını yaratmaq və kontenti birbaşa informasiya mənbəyinə çevirməkdir. Nadir proqram təminatı layihənin daha da təkmilləşməsinə və yaradılan rəqəmsal platformaya digər türkdilli ölkələrin də media qurumlarının qoşulmasına imkan verir.

Qeyd olunub ki, rəqəmsal platformanın mobil versiyası da mövcuddur. Mobil versiya gələcəkdə bütün platformanın inkişafının və təkmilləşməsinin əsasını təşkil edəcək. Eyni zamanda, nadir proqram təminatı sayəsində gələcəkdə türkdilli ölkələrin media qurumları öz ölkələri ilə bağlı xəbərləri rus, ingilis və digər dillərdə sayta yerləşdirə biləcəklər.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə yaxın müttəfiqlərdir. Ölkələrimiz bütün məsələlərdə bir yerdədirlər. Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan dövlətlər yoxdur. Çünki bizi birləşdirən qədim tariximiz var. Biz bir kökün, bir soyun daşıyıcılarıyıq.

İcraçı direktor vurğulayıb: “44 günlük Vətən müharibəsində Azərbaycana Türkiyə qədər dəstək olan ikinci ölkə olmayıb. Media nümayəndələri, qardaş ölkənin jurnalistləri dayanmadan döyüş bölgələrindən reportajlar hazırlamaqla haqq səsimizi dünyaya çatdırdılar. Bu həmrəylik bizi daha da ruhlandırdı və bizə əlavə güc verdi. Hərbi, siyasi, iqtisadi, mədəni, təhsil, ticarət sahələrində olduğu kimi, media əlaqələrimizin də daha dərindən və əhatəli inkişafı prioritet hədəfimizdir. Burada ən əsas amil birgə atacağımız addımlardır. Ölkələrimizin rəhbərlərinin verdikləri qərarlarla ötən ilin sentyabrında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi və bizim də tərkibinə daxil olduğumuz nümayəndə heyəti qardaş ölkə mediası ilə birgə media platforması yaratmaq, hər bir ölkənin sosial mediası vasitəsilə dünyaya daha yaxından tanıdılması məqsədilə İstanbula səfər edib. Səfər çərçivəsində ölkələrimiz arasında ortaq media platforması yaradılması ilə bağlı qərar qəbul edildi. Cəmi bir neçə ay sonra isə Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında memorandumun qəbul edilməsi haqqında qanun layihəsi təsdiqləndi. Bununla da Azərbaycanla Türkiyə arasında birgə media platformasının yaradılması təsdiq edildi.

“Albayrak Media Group”unun rəhbəri Ömər Karaca deyib ki, bu gün bizim güclü mediaya ehtiyacımız var. O qeyd edib ki, bizim bu iş birliyimizin güclü Azərbaycan və güclü Türkiyə üçün önəmli olacağını düşünürəm. “TURKİC.World” media platforması türk dünyasının həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli vasitə olacaq. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını ermənilərdən geri aldı: “Biz də öz media qurumlarımız vasitəsilə Azərbaycanın Qələbəsini və haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırdıq, dünyanın dörd bir tərəfində bu məsələni gündəmdə saxladıq”, - deyə o qeyd edib.

Milli Məclisin deputatı Sevil Mikayılova bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığının özəyini təşkil edən böyük türk birliyi yeni mərhələyə qədəm qoymaqdadır. Xalqlarımızın və dövlətlərimizin arasında münasibətlər dinamik inkişaf edir, strateji tərəfdaşlığımız durmadan güclənir. Böyük coğrafi məkanda yerləşən Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan kimi dövlətlər öz ortaq tarixi, mədəni, dini dəyərlərinə əsaslanaraq uğurla əməkdaşlıq edirlər. Qırx dörd günlük müharibə dövründə qardaş Türkiyənin Azərbaycanın yanında olması, qardaş ölkədən aldığımız siyasi və mənəvi dəstək Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Türkiyənin bütün sahələrdə Azərbaycana göstərdiyi dəstək media sahəsində də müşahidə olundu.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qeyd edib ki, haqq səsimizin dünyaya çatdırılmasında media böyük önəmə sahibdir. Qarabağda gedən müharibə zamanı həqiqətlərin dünyaya çatdırılmasında media mühüm rol oynadı. Türkiyə ilə Azərbaycan arasında inanılmaz qardaşlıq var. Qarabağ Zəfərində Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, “Bir millət, iki dövlət” kəlamı özünü daha qabarıq büruzə verdi. Biz bu qardaşlığı, bu münasibətləri bundan sonra inkişaf etdirməliyik və media burada ən önəmli vasitədir.

Digər çıxış edənlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Türkiyə mediasının böyük rolundan, türk dünyasının media gücünün artırılmasında bu gün istifadəyə verilən vahid platformanın əhəmiyyətindən bəhs ediblər.

“Türk Dünyası” adlı ilk rəqəmsal layihə təqdim olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb