CƏMİYYƏT
Əl-Cəzirə telekanalı Beynəlxalq Avrasiya Mətbuat Fondunun müraciətini yayıb VİDEO
Bakı, 8 iyun, AZƏRTAC
Əl-Cəzirə telekanalının “İnsan hüquqları və ictimai azadlıqlar” departamenti Beynəlxalq Avrasiya Mətbuat Fondunun Kəlbəcərdə mina terrorunun qurbanı olan media mənsubları ilə bağlı hazırladığı müraciəti və videoçarxı yayıb.
BAMF-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məqalədə Ermənistandan mina xəritələrinin tələb olunması və buna görə təzyiq göstərilməsi üçün beynəlxalq media qurumlarına və ictimai təşkilatlara müraciət ünvanlandığı diqqətə çatdırılıb. Bildirilib ki, mina xəritələrinin Azərbaycana təhvil verilməməsi jurnalist fəaliyyətinə mane olmaqla yanaşı, dinc əhalinin həyatı üçün də təhlükə mənbəyinə çevrilib.
Müraciətdə, həmçinin Azərbaycan XİN-in baş vermiş insidentlə bağlı bəyanat yaydığı, Azərbaycan Hərbi Prokurorluğunda cinayət işinin başlanıldığı qeyd olunub.