REAL TV dünyanın 50-dən çox media qurumunun daxil olduğu ENEX platformasına qoşulub VİDEO
Bakı, 8 oktyabr, AZƏRTAC
REAL TV dünyanın 50-dən çox nüfuzlu media qurumunun daxil olduğu ENEX platformasına qoşulub.
AZƏRTAC xəbər verir ki, ENEX-də Real Televiziyasının “Dəmir yumruq” adı altında təqdimatı olub. Təqdimatda dünyanın media nəhənglərinə REAL TV barədə məlumat verilib.
Qeyd edək ki, ENEX-də Norveç, Danimarka, Almaniya, Böyük Britaniya, Niderland, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və digər ölkələrin nüfuzlu media qurumları təmsil olunur.
Real Televiziyası ENEX-lə əməkdaşlıq çərçivəsində Azərbaycanda baş verən mühüm hadisələri, işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərini və digər mühüm xəbərləri ENEX platforması vasitəsilə dünya mediasına çatdıracaq.