2006-CI İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA QANUNA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLƏCƏKDİR
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasından AZƏRTAC-a bildirmişlər ki, “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq, 2006-cı il dövlət büdcəsi haqqında Qanuna əlavələr və dəyişikliklər ediləcəkdir. Cari ilin dövlət büdcəsinin mədaxil və xərc hissəsində bir sıra artımlar nəzərdə tutulur. Nazirlər Kabineti bununla bağlı qanun layihəsini Prezidentin İcra Aparatına təqdim etmişdir. Layihə yaxın vaxtlarda Milli Məclisin müzakirəsinə çıxarılacaqdır.
Komissiyanın ekspertləri büdcə layihəsinə ediləcək dəyişikliyi ölkə iqtisadiyyatının intensiv inkişafı və dünya bazarında neftin qiymətinin artması ilə əlaqələndirirlər.