Azərbaycan Dövlət İnformasiya Agentliyi

2019-cu il iqlim dəyişmələrinə qarşı mübarizədə bütün ölkələrin fəal iştirakı ili olmalıdır

2019-cu il iqlim dəyişmələrinə qarşı mübarizədə bütün ölkələrin fəal iştirakı ili olmalıdır

Bakı, 29 mart, AZƏRTAC

2018-ci ildə iqlim dəyişmələri ilə bağlı ekstremal hava şəraiti, xüsusən daşqınlar planetdə 62 milyon insana bu və ya digər dərəcədə zərər vurub.

AZƏRTAC xəbər verir ki, bu məlumat Dünya Meteorologiya Təşkilatının (DMT) məruzəsində əks olunub. Məruzə BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilən birgə mətbuat konfransında qurumun Baş katibi Antonio Quterreş və Baş Assambleyanın sədri Mariya Fernanda Espinosa tərəfindən təqdim edilib.

Baş katib deyib: “Ekstremal hava şəraitinin faciəli nəticələri getdikcə tez-tez müşahidə olunur. Keçən il təkcə ABŞ-da iqlim dəyişmələri ilə əlaqədar 14 təbii fəlakət müşahidə olunub. Bu, iqtisadiyyata milyardlarla dollar ziyan vurub. İtkilərin ümumi həcmi 49 milyard dollara bərabər olub. Dünyada 35 milyondan çox insan daşqınlardan zərər çəkib. Afrikanın cənubundakı İdai siklonu buna əyani nümunələrdən biridir”.

Avropa, Yaponiya və ABŞ-da şiddətli isti və meşə yanğınları nəticəsində 1600-dən çox insan həlak olub. Filippini və digər Asiya ölkələrini cənginə almış güclü Manqhut tayfunu, nəticəsində 134 adam həlak olub, 2,4 milyon nəfər zərər çəkib.

DMT mütəxəssislərinin hesablamalarına görə, 17,7 milyon daxili köçkünün 2 milyonu təbii fəlakətlərdən və ekstremal hava hadisələrindən - daşqınlardan, quraqlıqdan və fırtınalardan xilas olmaq üçün evlərini tərk etməyə məcbur olub.

Məruzə müəllifləri bildirirlər ki, qlobal istiləşmə və ətraf mühitin çirklənməsi nəticəsində havanın keyfiyyəti pisləşib. Bu, milyonlarla insanın sağlamlığına mənfi təsir göstərib.

Baş katib deyib: “İqlim dəyişmələrinin ictimai səhiyyəyə təsiri getdikcə daha çox nəzərə çarpır. Bu əsrin əvvəlindən bəri şiddətli istilərdən zərər çəkən insanların sayı 125 milyon nəfər artıb, ölüm hallarının sayı artmaqdadır. Şiddətli isti və çirklənmiş hava çox təhlükəli kombinasiyadır, xüsusən ona görə ki, rekord istilik dövrləri get-gedə uzanır və daha çox təsadüf olunur”.

Ekstremal iqlim şəraiti aclığa və doyunca yeməməyə qarşı mübarizəyə ciddi maneədir. BMT-nin məlumatına görə, son vaxtlar planetdə aclıq çəkənlərin sayı yenidən artmağa başlayıb, hərçənd bundan əvvəl uzun müddət həmin göstərici azalırdı. 2017-ci ildə tamdəyərli qidalanmaq imkanı olmayan insanların sayı 821 milyona çatıb.

Qlobal istiləşmə ətraf mühitdə ciddi dəyişikliklərə səbəb olur. Bu dəyişikliklərin bir qismi qarşısıalınmazdır. Planetin demək olar ki, bütün ekoloji sistemləri, ilk növbədə dənizin ekologiyası zərər çəkib. Dünya okeanında oksigenin miqdarı azalır. Bitki və heyvanların ayrı-ayrı növləri yox olmaq təhlükəsi ilə üzləşib.

BMT Baş Assambleyasında DMT-nin məruzəsinin təqdimatı ilə eyni vaxtda iqlim dəyişmələri və davamlı inkişaf məsələsinə dair yüksək səviyyəli görüş keçirilib.

Tədbirin açılışında çıxış edən BMT Baş Assambleyasının sədri Mariya Fernanda Espinosa deyib: “Dərhal fəaliyyətə başlamaq lazımdır. Biz böhranlı vəziyyətdəyik. Yolumuzun istiqamətini dəyişmək üçün bizim cəmi 11 il vaxtımız var”.

O vurğulayıb ki, beynəlxalq birlik daha özünü görməzliyə vura bilməz. Espinosa deyib: “Biz Mozambiki, Malavini və Zimbabveni cənginə almış İdai siklonu kimi faciələrin qarşısını ala bilərik və almalıyıq. Yüzlərlə insan həlak olub, milyonlarla insan zərər çəkib. Baş katibin dediyi kimi, bu, Afrika tarixində ən dəhşətli meteoroloji fəlakətlərdən biridir”.

Espinosanın sözlərinə görə, 2019-cu il iqlim dəyişmələrinə qarşı bütün ölkələrin iştirakı ilə fəal mübarizə ili olmalıdır.

O deyib: “Biz fərdi səviyyədə dəyişikliyə nail olmalıyıq. Biz hamımız atmosferə zərərli tullantılar atılmasının azaldılmasına hər gün kömək edə bilərik. Biz hər gün qida məhsulları, geyim, nəqliyyat vasitələri seçirik. Biz öz davranış modelimizi dəyişə bilərik. Bu gün dünyamız ifrat istehlakla səciyyəvidir. O vurğulayıb ki, təkcə istehlak sahəsində deyil, həm də və ilk növbədə istehsal sektorunda dəyişikliklər edilməsi zəruridir.

Baş Assambleyanın rəhbəri daha sonra deyib: “Öz effektivliyini sübut etmiş təşəbbüslər, layihələr, eksperimentlər çoxdur. Biz əməkdaşlığa başlaya, mövcud resursları cəlb etməyə və texnologiyaların tətbiqini təmin edə bilərik”.

BMT-nin Baş katibi xatırladıb ki, bu il sentyabrın 23-də qurumun Nyu-Yorkdakı qərargahında iqlim məsələlərinə həsr edilmiş sammit keçiriləcək. O deyib: “Mən liderlərdən xahiş edirəm, çıxış etmək üçün gəlməyin, konkret planla gəlin. Bu o deməkdir ki, Paris sazişində nəzərdə tutulmuş milli planlar 2020-ci ilə qədər təkmilləşdirilməlidir. Biz göstərməliyik ki, parnik qazları tullantısını növbəti onillik ərzində 45 faiz azaltmağı və 2050-ci ilə qədər onlardan tamamilə xilas olmağı bacararıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək