2024-2025-ci tədris ilindən etibarən Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu aparılacaq
Bakı, 21 fevral, AZƏRTAC
2024-2025-ci tədris ilindən etibarən Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu aparılacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli söyləyib. O bildirib ki, Universitetin tədris binasının Bakıda olması planlaşdırılır.
“Türkiyə-Azərbaycan Universitetində ilkin olaraq mühəndislik, texniki-texnoloji sahələr üzrə ixtisaslar tədris olunacaq. Növbəti illərdən partnyorlar çoxaldıqca ixtisasların sayının artırılması planlaşdırılır.
Türkiyə tərəfi universitetə akademik dəstək, Azərbaycan tərəfi isə maliyyə dəstəyi göstərəcək. Tədris türk və ingilis dillərində aparılacaq”, - deyə nazir müşaviri bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]
AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar
- 12.10.2026 [16:17]
Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər
- 12.10.2026 [16:10]