Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağın ekoloji qiymətləndirilməsi layihəsinin yekun tədbiri keçirilib VİDEO

Bakı, 4 mart, Göyçək Mahmudlu, AZƏRTAC

Martın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” layihəsinin yekunlarına həsr edilmiş toplantı keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutan tədbirdə layihənin gənc iştirakçıları ilə yanaşı, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təmsilçiləri, eləcə də media nümayəndələri iştirak ediblər.

IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Ermənistan tərəfindən 30 illik işğalı nəticəsində Azərbaycanın təbiətinə ciddi ziyan vurulub. Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, meşələrin, təbiət abidələrinin və ümumiyyətlə yeraltı və yerüstü sərvətlərin talan edilməsi nəticəsində regionun ekoloji tarazlığı pozulub.

Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərin, o cümlədən təbii sərvətlərimizin vəziyyətinin qiymətləndirilməsi və bərpa edilməsi istiqamətində dövlət səviyyəsində mühüm addımlar atılmaqdadır. Həmin tədbirlərə gənc ekoloqların cəlb edilməsi məqsədilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Gənclər Fondu tərəfindən “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” birgə layihəsinə start verilib. Layihədə iştirak üçün təbiət elmləri sahəsində təhsili olan və bu sahədə fəaliyyət göstərən 300-dən çox gəncdən müraciət daxil olub, onlardan 60 nəfər müsahibə əsasında seçilib. İştirakçılar 6 istiqamət, o cümlədən bioloji müxtəliflik, geologiya, su ehtiyatları, meşələrin qorunması, hidrometeoroloji və monitorinq xidməti, topoqrafiya və xəritəçəkmə üzrə qruplara bölünüb. Ərazilərdə səfərlərdən öncə müvafiq istiqamətlər üzrə nəzəri mühazirələr təşkil edilib. Həmçinin keçmiş münaqişə zonasında çalışmağın potensial təhlükələrini nəzərə alaraq sağlamlıq və təhlükəsizlik təlimləri keçirilib. Növbəti mərhələdə gənc ekoloqların Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Ağdam və Şuşa daxil olmaqla işğaldan azad edilmiş ərazilərə çoxsaylı səfərləri təşkil edilib. Səfərlər zamanı onlar həmin ərazilərdə aparılan ekoloji qiymətləndirilmədə, o cümlədən xüsusi cihaz və qurğularla havada olan radiasiya fonu, suyun keyfiyyəti, torpağın analizi və s. proseslərdə iştirak edib, işğal nəticəsində törədilən ekosidi əyani şəkildə görüblər.

S.Şükürovun sözlərinə görə, “Qarabağı qoru” şüarı altında həyata keçirilən layihənin gənc iştirakçıları ekoloji qiymətləndirilmə və monitorinq üzrə bilik və təcrübələrini artırmaq, eyni zamanda, azad olunmuş ərazilərdə bərpa və mühafizə işlərinə töhfə vermək imkanı əldə ediblər. Aparılmış müşahidə və təhlillər əsasında əldə edilən məlumatların geniş maarifləndirmə və təbliğat işlərində istifadə olunması nəzərdə tutulur.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov gənclər siyasətinin dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsi olduğunu, Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində kifayət qədər fəal iştirak etdiyini diqqətə çatdırıb. Bildirilib ki, gənclər ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Ölkə rəhbəri özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq gəncləri novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir.

“Hər bir sahədə olduğu kimi ətraf mühitin mühafizəsində də gənclərin dəstəyinə böyük ehtiyac var. Mövcud ekoloji problemlərin aradan qaldırılmasında, ekoloji şüurun inkişaf etdirilməsində sizin səyləriniz, təşəbbüskarlığınız böyük rol oynayır. “Qarabağı qoru” şüarı altında keçirilən layihənin iştirakçıları olaraq gənclərin bir qismi işğaldan azad edilmiş ərazilərə səfər etdilər. Ermənistanın Azərbaycanın ətraf mühitinə, bioloji müxtəlifliyinə, meşələrinə, yeraltı və yerüstü təbii ehtiyatlarına vurduğu ciddi ziyana şahid oldular. Kəsilmiş ağacları, məhv olmuş yaşıllıq ərazilərini gördülər, su, hava, torpaq nümunələri üzərində müşahidələr apardılar, dəyən ekoloji ziyanların hesablama qaydaları ilə tanış oldular. Hazırda həmin ərazilərdə bərpa prosesi gedir. Bu sahədə ixtisaslı kadrların yetişməsi, gənclərin görüləcək işlərdə yaxından iştirakı çox təqdirəlayiqdir. Gənc ekoloqlar kimi belə layihələrdə bilik və bacarıqlarınızı, təcrübənizi artırıb ekoloji tarazlığın qorunmasında səy göstərməniz bizim işimizə böyük töhfədir”, - deyə V.Kərimov bildirib.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov müharibə bitdikdən sonra gənclərdən həmin ərazilərin dirçəldilməsi prosesində iştirakla bağlı çoxlu müraciətlər daxil olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, gənclər hətta könüllü olaraq fiziki işlərdə belə çalışmağa, həmin ərazilərin bərpasında dövlətin atdığı addımlara dəstək olmaq niyyətlərini ifadə edirlər. Qeyd edilib ki, azad edilmiş ərazilərdə törədilmiş ekosidin və onun miqyasının müəyyən edilməsi ilə bağlı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihənin xüsusi özəlliyi ondan ibarətdir ki, gənclər ilk dəfə elm könüllüsü kimi araşdırmalara başladılar. Kifayət qədər uğurla həyata keçirilən layihə gələcəkdə gənclərin öz savadları, dünya görüşləri və təcrübələrindən istifadə edərək bu cür araşdırmaları fərqli sahələrdə də həyata keçirə bilmələrinə bir töhfədir.

“Gənclər Fondu olaraq dövlət başçısının göstərişi və tapşırıqlarına uyğun olaraq məqsədimiz gənclərin vətənpərvər, sağlam və savadlı yetişməsinə dəstək verməkdir. Eyni zamanda, Azərbaycan gəncliyinin yüksək potensialından istifadə edərək dövlətimizin fərqli sahələrdə həyata keçirdiyi siyasətə də gənclərimizin töhfə verməsinə çalışırıq. Bu layihə də gəncliyin dövlətə dəstəyinin bariz nümunələrindən biridir”, - deyə icraçı direktor qeyd edib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin maarifləndirmə şöbəsinin rəisi Ramil Əzizovun sözlərinə görə, Vətən müharibəsindən sonrakı dövr ərzində azad edilmiş ərazilərdə ANAMA tərəfindən aparılan əməliyyatlar nəticəsində 75 milyon kvadratmetrdən çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Otuz minə yaxın müxtəlif markalı mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Onların böyük əksəriyyəti piyadalar əleyhinə minalardır. Əməliyyatlar zamanı, həmçinin improvizə olunmuş, əllə düzəldilmiş, xüsusi formaya salınmış partlayıcı qurğular, kustar üsulla hazırlanmış digər sursatlar da aşkarlanıb.

O, layihə çərçivəsində gənclərin ANAMA-nın mütəxəssisləri tərəfindən təhlükəli ərazilərdə davranış qaydaları ilə bağlı məlumatlandırıldığını də diqqətə çatdırıb.

Tədbir zamanı IDEA İctimai Birliyinin əməkdaşı, layihə rəhbəri Gülsarə Qasımova ekoloji qiymətləndirmənin yekun nəticələrinə dair hesabatı təqdim edib. Hesabatda Qarabağın işğaldan əvvəlki vəziyyətinə nisbətən hazırkı ekoloji durumuna dair əldə edilmiş məlumatlar əks olunub. Həmçinin toplantıda layihə çərçivəsində görülmüş işlərə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Daha sonra gənclərə uğurla həyata keçirilən layihədə iştirak üçün sertifikatlar, eləcə də Qarabağın ekoloji qiymətləndirilməsi prosesinə töhfələrinə görə təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib, ən maraqlı paylaşım qalibi mükafatlandırılıb.

 

Qarabağın ekoloji qiymətləndirilməsi layihəsinin yekun tədbiri keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib