Hikmət Hacıyev: Azərbaycan tərəfi Ermənistanla müzakirələrə hər zaman açıqdır, lakin görüşlər və müzakirələr nəticəli olmalıdır VİDEO
Antalya, 12 mart, AZƏRTAC
Antalya Diplomatiya Forumunu yüksək peşəkarlıqla təşkil etdiyi üçün qardaş Türkiyəni təbrik edirik. Artıq bu Forum dünya miqyaslı platformalardan birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.
Ermənistanla Azərbaycan arasında normallaşma proseslərinə, regional məsələlərə dair sualları cavablandıran Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Azərbaycan qarşı tərəflə müzakirələrə hər zaman açıqdır. Ermənistan tərəfi ilə görüşlər, müzakirələr görünüş üçün, formal xarakterli deyil, konkret məsələlər üzərində nəticəli şəkildə aparılmalıdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:20]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:18]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [17:56]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:43]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:33]