Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 Yanvar faciəsinin tarixi, siyasi, hüquqi amilləri

20 Yanvar faciəsinin tarixi, siyasi, hüquqi amilləri

Bakı, 19 yanvar, AZƏRTAC 

XX yüzillik Azərbaycan xalqının taleyinə, tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misli görünməmiş soyqırımları ilə yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, milli oyanış və özünüdərk əsri kimi də daxil yazılıb. Həmin əsrin əvvəllərində müstəqilliyimizə gedən yol 1918-ci il mart qırğınları ilə başlamış, az sonra Azərbaycanın, ümumən, müsəlman Şərqinin tarixində ilk demokratik, parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmış və cəmi iyirmi üç ay fəaliyyət göstərmişdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin “20 Yanvar faciəsinin tarixi, siyasi, hüquqi amilləri” adlı məqaləsində yer alıb.

Məqalədə deyilir ki, yetmiş dörd ildən sonra sükut buzu əridi. Azərbaycan Xalq Cümhuriyyətinin uzun illər xalqdan gizli saxlanılmış tarixi, fəaliyyəti, əhəmiyyəti haqqında söz açıldı. Azərbaycan milli azadlıq hərəkatı xalqımızın milli şüurunun inkişafında böyük rol oynadı. Lakin tarixi ədalətsizliyi bərpa edib istiqlalına qovuşmaq istəyən xalqı sovet imperiyası müstəqil görmək istəmirdi. XX yüzilliyin sonlarında müstəqilliyimizin bərpasına aparan yol 1990-cı ilin 20 Yanvarından başladı. Həmin gün öz konstitusion hüquqları, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalqımız sovet ordusunun zirehli tankları, xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşdi.

Sovet ordusunun Azərbaycana təcavüzü, mülki əhalinin kütləvi surətdə vəhşicəsinə gülləbaran edilməsi SSRİ rəhbərliyinin beynəlmiləlçilik adı ilə pərdələdiyi siyasətin əsl mahiyyəti idi. Xalqımız Ermənistanda yaşayan soydaşlarımızın öz ata-baba yurdlarından zorakılıqla qovulmasının və Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılmasının qarşısının alınmasını tələb edirdi. Moskva bu haqlı tələbə misli görünməmiş qəddarlıqla cavab verdi. “Şit” təşkilatının müstəqil ekspertləri tərəfindən hazırlanmış hesabat, ölənlər, yaralananlar və qanunsuz həbs olunanlarla bağlı statistika 20 Yanvar faciəsinin miqyasını, sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Azərbaycan paytaxtının xüsusi qəddarlıqla zəbt etməsini göstərir.

Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün kimi tarixin şanlı səhifəsinə çevrildi. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı oldu. 20 Yanvar qırğını həm də sovet rejiminin ermənilərlə birgə apardıqları antiazərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Qabaqcadan düşünülüb-hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb. Lakin sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi. Şəhidlərin son mənzilə yola salınması Azərbaycan tarixində o vaxtadək yaşanmamış ümummilli dəfn mərasimi idi. Bu izdiham, hüzn birliyi sonrakı illərin anım günlərində də davam edərək, xalqımızın milli həmrəyliyinin formalaşmasında və möhkəmlənməsində başlanğıc rolu oynadı.

Zaman keçdikcə Qanlı Yanvar hadisələrinə müxtəlif aspektlərdən yanaşılır: xalqımız 20 Yanvarı təkcə hüzn günü kimi deyil, eyni zamanda, milli qürur və iftixar günü kimi anır. Faciəsinin təhlili, hadisənin səbəblərinin araşdırılması onun tarixi, siyasi, hüquqi amillərini aşkara çıxarır.

Hadisənin əsas səbəbləri tarixi amillərlə bağlıdır və daha dərin kökləri var. 20 Yanvar faciəsi XX əsr Azərbaycan tarixində baş vermiş qanlı hadisələrin, soyqırımı aktlarının məntiqi davamı, çar Rusiyasının “parçala-hökm sür” siyasətinin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımları, torpaqlarımızın 114 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azalması, SSRİ dövründə soydaşlarımızın indi Ermənistan adlandırılan ərazidəki əzəli, ata-baba yurdlarından son nəfərinədək qovulması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, bu dəfə torpaqlarının iyirmi faizinin işğalı bu məkrli siyasətin mərhələləridir.

1980-ci illərin sonlarında cərəyan edən hadisələrin xarakteri, obyektiv və subyektiv səbəblərinin təhlili göstərir ki, xalqımızın o vaxt SSRİ-də gedən proseslərə real təsir etmək imkanı olan lideri Heydər Əliyev siyasi səhnədən uzaqlaşdırıldıqdan sonra M. Qorbaçovun müşaviri A. Aqanbekyanın Parisdə “Humanite” qəzetinə müsahibəsində “Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi zəruriliyindən və bu məsələyə M.Qorbaçovun razılıq verməsindən” danışması etnik münaqişənin yaxınlaşdığına bir siqnal olub. 20 Yanvara gedən yol ermənilərin Dağlıq Qarabağa əsassız ərazi iddiaları ilə başlanıb. 1987-ci ildə Qarabağda yaradılmış “Krunk” radikal - separatçı erməni təşkilatının Xankəndində keçirdiyi ilk antiazərbaycan mitinqləri də baş verəcək faciələrin ilk qığılcımları idi.

Mərkəzi Komitənin sovet imperiyasını, kommunist sistemini nəyin bahasına olursa-olsun qoruyub saxlamaq cəhdi, ikincisi, milli respublikalarda hakimiyyəti və oyuncaq rejimləri möhkəmlətmək cəhdi, SSRİ rəhbərlərinin Azərbaycan xalqı barəsində qərəzli siyasəti, yenidənqurma adı altında sərhədləri dəyişdirmək və xüsusən Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdi, keçmiş mərkəzin mənəvi, siyasi, maliyyə və hərbi-iqtisadi yardımına əsaslanan erməni separatizmi 20 Yanvar faciəsinin siyasi amillərini səciyyələndirir.

Faciənin hüquqi təhlili onun cinayət xarakterini aşkar edir. 1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət idi. Bu cinayətin tədqiqi və nəticələri göstərir ki, SSRİ rəhbərlərinin və sovet hərbi kontingentinin hərəkətlərində Nürnberq prosesində pislənmiş bütün əlamətlər vardır. Nürnberq prosesi tarixdə təcavüzü ən ağır cinayət elan etmiş ilk beynəlxalq məhkəmədir. 1945-1946-cı illərdə tarixə Nürnberq prosesi kimi daxil olmuş beynəlxalq tribunalın qərarı ilə Almaniyanın ali dövlət və hərbi xadimləri mülki əhalinin qırılması, onunla qəddar davranış, ictimai və şəxsi əmlakın talanması kimi məsələləri hazırlamaqda və həyata keçirməkdə ittiham olunublar. Təəssüflər olsun ki, bu günədək 20 yanvar qırğınının cinayətkarları cəzalandırılmayıblar. 1986-cı il Alma-Ata, 1989-cu ildə Tbilisi, 1991-ci ildə Vilnüs hadisələrinə nəzər yetirdikdə görürük ki, həmin aksiyalar Azərbaycandakı qədər qanlı və geniş miqyaslı olmayıb. SSRİ Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov Tbilisi və Vilnüs hadisələri ilə əlaqədar peşman olduğunu bildirib, gürcü və Litva xalqlarından üzr istədiyi halda Azərbaycanda baş vermiş hadisələrlə əlaqədar eyni addımı atmadı. Məhz buna görə də 20 yanvar faciəsinin cinayət işi tarixin arxivinə çevrilməməli, hadisənin təşkilatçıları, icraçıları, bütün müqəssirləri öz cinayətlərinə görə ədalət məhkəməsi qarşısında cavab verməlidirlər! Bakıda törədilmiş kütləvi qırğının əsas baiskarı Mixail Qorbaçovu Nobel Sülh mükafatına layiq görmüş dünyanın, Qarabağ həqiqətlərinə ikili standartla yanaşan beynəlxalq aləmin cinayətkarların hələ də cəzasız qalmasını unutmasına imkan verməməliyik.

20 Yanvar hadisələrini təhlil edərkən, həmin dövrdə Qərb dövlətlərinin Azərbaycandakı ictimai-siyasi hadisələrlə bağlı tutduqları mövqeyi də xüsusi araşdırma tələb edir. Sovet İttifaqı MK-nın rəhbərlik etdiyi mətbuat erməni kilsəsinin və “Daşnaksütyun” Partiyası ideoloqlarının təhriki ilə ictimai şüura açıq-aşkar ideoloji təsir göstərir, ermənilərin separatçılığını sovet hakimiyyəti illərində guya Azərbaycan hökuməti tərəfindən törədilən sıxışdırmalara etiraz kimi qələmə verir, Qərbdə fəal antiazərbaycan təbliğatı aparırdılar. Məqsəd, dünya ictimaiyyətində Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ Vilayətində türkdilli əhaliyə qarşı etnik təmizləmənin “qanunauyğun və haqlı olması” barədə rəy yaratmaq idi.

Rəsmi məlumat kimi, SİTA-nın yaydığı xəbərə görə, qoşunlar Bakıya iki nəcib məqsədlə yeridilmişdir. Birincisi, erməniləri, rus dilli əhalini və hərbi qulluqçuların ailələrini talanlardan qorumaq məqsədilə. İkincisi, millətçi ekstremistlər tərəfindən hakimiyyətin zorakılıqla qəsb edilməsinin qarşısını almaq məqsədilə. Həmin məqsədlərin həqiqiliyi faktlarla və yanvarın ortalarına yaxın Bakıda yaranmış siyasi vəziyyətin təhlili ilə təkzib edilir. 1990-cı ilin yanvarında Azərbaycan paytaxtında ictimai - siyasi vəziyyətin kəskinləşməsinin başlıca səbəbi SSRİ ali hakimiyyət orqanlarının Dağlıq Qarabağda separatçılara müqavimət göstərməməsi idi. Mərkəzi komitə Azərbaycan xalqının suveren hüquqlarının təmin olunması sahəsində öz konstitusiya öhdəliklərini yerinə yetirməkdə qətiyyət nümayiş etdirmirdi. 1990-cı ildə Azərbaycanın haqq səsini, 20 Yanvar faciəsi haqqında həqiqətləri fakt və sübutlarla “İzvestiya” qəzetində dərc edən Kaspian İzvestiya İnformasiya Agentliyinin prezidenti, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, transmilli mətbuatın azərbaycanlı nümayəndəsi Vasif Səmədovun jurnalist fəaliyyətini xüsusi vurğulamaq istərdim. Onun vətəndaş qeyrəti, jurnalist peşəkarlığı ilə qələmə aldığı, maksimum fakt və sübutlara, sənədlərə, həmin gecənin şahidlərinin ifadələrinə əsaslanan “Müdaxilə” adlı silsilə məqalələri qlobal informasiya resurslarının, internet şəbəkəsinin olmadığı bir dövrdə ictimai rəyin düzgün formalaşmasında mühüm vasitə, 20 yanvar faciəsinin təbliğində güclü silah olub.

Qərb M. Qorbaçovun bütün dağıdıcı əməllərini hər vəchlə dəstəkləyirdilər. Qərbdə yaxşı bilirdilər ki, bu cür millətlərarası münaqişələr SSRİ-ni daxildən zəiflədir, dağıdır. Digər tərəfdən, bu gün Avropanın əsas strateji tərəfdaşı, Qafqazın lider dövləti olan, Azərbaycan müstəqilliyinin bərpasından öncəki illərdə Qərb dövlətlərinin coğrafi-siyasi maraqları dairəsinə daxil deyildi. Dövlət Departamentinin nümayəndəsi Marqaret Tatuayler ABŞ hökuməti adından bəyanat vermişdi ki, ABŞ Azərbaycanı dəstəkləmir və Bakıdakı yanvar hadisələrini şərh etməyi lazım bilmir. Dövlət Departamenti M. Qorbaçovu açıqca dəstəkləyərək hesab edirdi ki, onun səyləri azərbaycanlılarla ermənilər arasında silahlı toqquşmanın dayandırılmasına yönəldilmişdir. Böyük Britaniya və İtaliya xarici işlər nazirlikləri bəyanat verərək Azərbaycanda yaranmış vəziyyəti “SSRİ-nin daxili işi” kimi qiymətləndirmişdi.

Məhz buna görə də, 20 Yanvar mövzusu Azərbaycan xarici siyasətində mühüm prioritetlərdən olmalıdır. Bu dövrün tarixi həqiqətləri- 20 Yanvarın nə vaxt və haradan başlanıldığını göstərən hadisələrin xronoloji ardıcıllığı, tarixi faktlara əsaslanan şərhlər, dərin təhlillər və Azərbaycan xalqının müsibətini, qırğının miqyasını əks etdirən, güllə ilə vurulmuş, tankın tırtılları altında tapdanaraq əzilmiş insan cəsədləri, şikəst edilmiş, ağır yaralanmış insanlar, qanlı cəza əməliyyatının ağır nəticələrini, müəyyən epizodlarını əks etdirən materiallar, fotosənədlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə edilən kütləvi terror, totalitar sovet rejiminin cinayətkar mahiyyəti bütün dünyaya nümayiş etdirilməlidir. 20 Yanvar faciəsi Qarabağ həqiqətlərinin ana bətni kimi fakt və sübutlarla aidiyyəti qurumlara təqdim edilməlidir. Beynəlxalq təşkilatlar səviyyəsində 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymətin verilməsi istiqamətində planlı, strateji trayektoriya hazırlanmalıdır.

Faciə barədə xəbərlərin dünyaya yayılmasının qarşısını almaq, Azərbaycan ətrafında informasiya blokadası yaratmaq planı cəza ssenarisinin tərkib hissəsi olub. Bir maraqlı məqama xüsusi diqqət yetirmək istərdim: M.Qorbaçovun göstərişi, D.Yazovun komandanlığı altında həyata keçirilən Qanlı Yanvar faciəsi baş verdikdən bir gün sonra bu informasiya blokadasını geniş cəbhədə yaran ümummilli lider Heydər Əliyev həmin vaxt Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, Bakı qırğınına ilk olaraq etirazını bildirmiş və siyasi-hüquqi qiymət vermişdir. Bu həmin dövrdə hadisəni sükutla qarşılayan SSRİ-də, demokratik dəyəri “siyasi amala” çevirən Qərbin kütləvi insan qırğınına etinasız, laqeyd münasibətinin olduğu bir vaxtda 20 Yanvar faciəsinə ilk real hüquqi-siyasi münasibət idi.

Azərbaycan xalqının azadlıq mübarizəsinə, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi də məhz ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlərlə mümkün olub. Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, o cümlədən 1998-ci il 31 mart tarixli fərmanla “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, 1998-ci il 5 avqust tarixli sərəncama əsasən Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması gələcək nəsillərin yaddaşında arxivləşən mühüm tarixi sənədlərdir.

Şəhidlərin əbədiyyətə qovuşduğu məkana Ümummilli Liderin verdiyi qiymət bu müqəddəs ziyarətgahın tarixi, siyasi, tərbiyəvi, həmçinin milli-mənəvi dəyərini ortaya qoyur: “Xalqımızın tarixində çox əzəmətli, qiymətli abidələr var. Ancaq Şəhidlər xiyabanı, XX əsrin sonunda Azərbaycan xalqının milli azadlığı uğrunda özünü qurban vermiş şəhidlərinin məzarları Azərbaycan Respublikasının torpağının ən müqəddəs yeridir və ən qiymətli abidəsidir”.

Sonrakı illərdə şəhid ailələrinə göstərilən diqqət və qayğı, bu ənənənin ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi, paytaxtın rəsmi qonaqlarının, dövlət və hökumət başçılarının, məşhur insanların əlamətdar günlərdə və ölkəmizə səfər proqramlarında mütləq şəkildə Şəhidlər xiyabanının ziyarət etməsi faktı Vətən qurbanlarının xatirəsinə rəsmi ehtiramın dövlət səviyyəsində təcəssümüdür.

20 Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə, Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına yol açdı. Uzun illər ərzində milli azadlığını bərpa etmək arzusu ilə yaşayan xalqımız nəyə qadir olduğunu sübut etdi. Milli azadlıq hərəkatı siyasi reallığa çevrildi. Azərbaycan xalqı yüz illiyin sonunda böyük qurbanlar verdi, tarixin taleyüklü günlərində milli ruhunun sarsılmazlığını və mətinliyini nümayiş etdirdi. Tarix bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşadan xalqımızı müstəqilliyi uğrunda mübarizədə qorxutmaq, susdurmaq, dayandırmaq mümkünsüzdür. Bu qanlı tariximin təbliği yeni nəsildə milli vətənpərvərlik, dövlətçilik hislərinin tərbiyə olunması, milli kimlik məfkurəsinin formalaşması baxımından ibrət dərsi olmalıdır. Çünki tarix bizdən keçmişin ibrət dərslərini bilməyi, faciəmizin səbəb-nəticə əlaqəsini dərindən dərk etməyi, xalqımızın azadlıq uğrunda mübarizəsinin mərhələlərini yadda saxlamağı, dostumuzu - düşmənimizi tanımağı və unutmamağı tələb edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı idi

Bu saata olan əsas xəbərlər

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Rektor: Xankəndidə yalnız şəhərin fiziki siması yenilənmir, yeni sosial, mədəni və intellektual mühit formalaşır

Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar

Yaponiyada yaşlı əhalinin sayı artır

Vətən Müharibəsi Qəhrəmanı: Şuşada qazanılan strateji üstünlük suverenliyimizin tam bərpasına aparan yolu açdı

Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Xocavənd Şəhəri Günü qeyd olunur VİDEO

Xocavənd Şəhəri Günü qeyd olunur VİDEO

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub