20 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb
AzerTAg.az
Bakı, 23 fevral, AZƏRTAC
“Baytarlıq haqqında” Qanuna əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 22-də ümumilikdə 20 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb.
Qeydiyyata alınan baytarlıq preparatlarından 9-u Ukrayna, 2-i Niderland, 1-i İtaliya, 2-si Hindistan, 6-sı isə Türkiyə istehsalıdır.

Xəbərin mətnində orfoqrafik səhv var