20 MİN MƏCBURİ KÖÇKÜN AİLƏSİNƏ 44,5 TON QURBAN ƏTİ PAYLANMIŞDIR
Türkiyənin ölkəmizdəki səfiri Turan Moralı Yevlax rayonunun Aran, Goranboyun “EKO”, Xanların Murovdağ qəsəbələrində, Gəncə və Sumqayıt şəhərlərində, Səudiyyə Ərəbistanı Krallığının səfiri Əli Həsən Cəfər və BMT-nin Ümumdünya Ərzaq Proqramı beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rəhman Çoderi isə İmişli rayonu ərazisindəki fin tipli qəsəbələrdə Qurban bayramı ilə əlaqədar məcburi köçkünləri ziyarət etmişlər.
Adları çəkilən təşkilatlar Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası vasitəsilə məcburi köçkünlərin yığcam yaşadıqları ərazilərdə ümumən 20 min ailəyə 44,5 ton qurban əti paylamışlar.