20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜ İLƏ BAĞLI TƏDBİRLƏR PLANI HAZIRLANMIŞDIR
Respublikanın bütün şəhər və rayonlarında, idarə və təşkilatlarında 20 Yanvara həsr olunmuş tədbirlər keçirilməsi, yığıncaq və mühazirələrin, dini mərasimlərin təşkili, kütləvi informasiya vasitələrində bunların geniş işıqlandırılması nəzərdə tutulmuşdur.
Plana əsasən dünya ictimaiyyətinin diqqətini yenidən 20 Yanvar faciəsinə yönəltmək məqsədi ilə Azərbaycanın xaricdəki səfirliklərində və diplomatik nümayəndəliklərində, eləcə də Azərbaycan icmalarında müvafiq tədbirlər görüləcəkdir.
Yanvarın 19-da respublikanın bütün tədris müəssisələrində Qanlı Yanvara həsr edilmiş xüsusi dərs keçiriləcəkdir.
Yanvarın 20-də “Əbədi məşəl” abidəsi önünə Azərbaycan Prezidenti adından əklilqoyma mərasimi, Şəhidlər xiyabanını ümumxalq ziyarəti olacaqdır. Həmin gün Bakı vaxtı ilə saat 12.00-da bütün respublika ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, sonra gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları veriləcəkdir.
Tədbirlər planında nəzərdə tutulanların icrasına başlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:20]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:18]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [17:56]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:43]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:33]