Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın İrandakı səfirliyinə hücumun təfərrüatları açıqlanıb VİDEO

Azərbaycanın İrandakı səfirliyinə hücumun təfərrüatları açıqlanıb VİDEO

Bakı, 6 fevral, AZƏRTAC

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş terror hücumunun təfərrüatlarına dair məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin Azərbaycanın İrandakı səfirliyinə edilmiş terror hücumunun təfərrüatlarına dair keçirilən brifinqdə XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə deyib: “Məlum olduğu kimi, cari il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.

Terror hücumunun gedişatı səfirliyin müşahidə kameraları vasitəsilə anbaan lentə alınıb. Belə ki, terrorçu hücum aktını törətməmişdən əvvəl 2023-cü il yanvarın 27-si saat 08:05 və 08:24-də cinayəti törətmək üçün uyğun məqam seçmək məqsədilə avtomobili ilə iki dəfə səfirliyin qarşısından keçib.

Saat 08:32-də səfirliyin əməkdaşları diplomatik nümayəndəliyin inzibati binasının əsas giriş qapısından içəri daxil olduqdan dərhal sonra terrorçu nəqliyyat vasitəsini sürətlə idarə edərək qəsdən səfirliyin qarşısında park edilmiş nümayəndəliyin xidməti avtomobilinə çırpıb. Bunun nəticəsində yaranmış səsə reaksiya verən səfirlik əməkdaşının nümayəndəliyin qapısını açmasından istifadə edən terrorçu avtomobilindən avtomat silahını götürüb giriş qapısındakı postda xidməti növbədə olan İran polisinin əməkdaşına əli ilə işarə verərək atəş aça-aça dərhal səfirliyin binasına daxil olub.

Saat 08:34-də terrorçunun səfirliyə daxil olmasından 2 dəqiqə sonra İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yaxınlığındakı postda dayanmış polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb.

Terrorçu 4 dəqiqə ərzində - yəni, saat 08:36-dək səfirliyin inzibati binasının içərisində əməkdaşlarımızı hədəfə almaqla çoxsaylı atəş açıb, nəticədə səfirliyin əməkdaşı Orxan Əsgərov aldığı güllə yarasından hadisə yerində həlak olub, digər əməkdaş Mahir İmanov sağ qol və sol ayaq nahiyəsindən ağır yaralanıb. Səfirliyin başqa bir əməkdaşı Vasif Tağıyev isə terrorçunu zərərsizləşdirmək məqsədilə onun üzərinə hücum çəkərək terrorçu ilə əlbəyaxa olub. Səfirliyin əməkdaşı terrorçunu zərərsizləşdirərkən terroru törədən şəxs avtomatdan atəş açaraq əməkdaşımızı çiynindən yaralayıb. Buna baxmayaraq, o, terrorçu ilə mübarizəni davam etdirib və terrorçunun əlində olan avtomatın darağını çıxarmağa müvəffəq olub. Bu zaman terrorçu gödəkçəsində saxladığı tapançanı çıxararaq atəş açmaqla V.Tağıyevi bu dəfə çənəsindən yaralayıb (sonradan səfirliyin ərazisinə keçirilmiş baxış zamanı terrorçunun üzərindən düşmüş “Colt” markalı tapança həmin məkanda aşkar edilib). Yaralı olmasına baxmayaraq, V.Tağıyev cinayətkarı sıxışdıraraq səfirliyin binasından çıxara bilib.

Terrorçunun səfirliyə zor gücü ilə daxil olmasına, binanın daxilindən fasiləsiz atəş səslərinin gəlməsinə və V.Tağıyevin terrorçunu zərərsizləşdirmək üçün köməyə çağırmasına baxmayaraq, giriş qapısındakı postda dayanmış İran polisinin əməkdaşı hadisəyə nəinki müdaxilə etməyib, hətta postunu tərk edərək ərazidən uzaqlaşıb”.

Qeyd edilib ki, səfirliyin binasından çıxarılmış terrorçu isə gödəkçəsinin cibindən ehtiyat darağı götürərək avtomatına taxıb, 2 dəfə kiməsə əl işarəsi göstərib, daha sonra səfirliyin giriş qapısına, habelə hədə-qorxu gələrək və təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb. Terrorçu bu müddət ərzində özü ilə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsini yandırmaq məqsədilə avtomobilin təkərlərini 2 dəfə alışdırıb.

Giriş qapısının möhkəm və onun avtomat silahın atəşi ilə açılmasının çətin olduğunu görən terrorçu avtomobilinin yük yerindən götürdüyü ağır zərbə aləti ilə qapını qırmağa çalışıb, diplomatları və onların ailə üzvlərini qətlə yetirmək üçün ikinci dəfə səfirliyə daxil olub. Atəş aça-aça səfirliyin ikinci mərtəbəsinə qalxmağa cəhd edən terrorçunun üzərinə V.Tağıyev yanğınsöndürən balon atmaqla onu başından zədələyib (bu an müşahidə kameralarının nəzarətindən kənarda qalıb) və nəticədə terrorçu binanı tərk etməyə məcbur olub.

Küçəyə çıxdıqdan sonra terrorçu aralıda dayanan hansısa şəxslərə növbəti dəfə əli ilə işarə etməklə avtomatını yerə qoyub, bununla belə polis ona yaxınlaşmayıb. Növbəti dəfə polisin hadisəyə müdaxilə etməməsindən istifadə edən terrorçu özü ilə gətirdiyi “Molotov kokteyli” tipli yandırıcı maddəni avtomobilindən götürərək səfirliyimizin qarşısında dayanan və nümayəndəliyimizə məxsus nəqliyyat vasitəsini yandırmağa cəhd göstərib. Həmin vaxt ehtiyatsızlıqdan özünü alışdıran terrorçuya polislər dərhal müdaxilə edib.

Vurğulanıb ki, eyni zamanda, polislər terrorçunu həbs etməyə tələsməyib, onunla danışmağa başlayıb, cinayətkar kimi rəftar etməyib və seyrçi mövqe tutublar. Bundan istifadə edən terrorçu isə bir müddət ərazidə dolaşaraq səfirliyimizin diplomatlarını “hamınızı öldürəcəyəm” deməklə təhdid və təhqir etməyə başlayıb. Polislər bu hala da reaksiya verməyiblər. Bundan sonra terrorçu sərbəst şəkildə səfirliyin binasına yaxınlaşaraq qapını sındırdığı ağır zərbə alətini polisin gözü qarşısında yerdən götürüb avtomobilinin içərisinə qoyub.

Daha sonra terrorçu səfirliyin pəncərəsindən onun həbs olunmasını tələb edən V.Tağıyevi aşağıya düşməyə təkid edib və V.Tağıyev aşağı düşdükdə onu yenidən təhdid edərək üzərinə hücum etmək istəyib.

Yalnız bütün bunlardan sonra polislər terrorçunun qollarını qandallayıb onu avtomobilə əyləşdirərək ərazidən uzaqlaşıblar. Bu zaman üzündə maska olan naməlum şəxsin terrorçunun avtomobilindən naməlum əşyalar götürməsi və ərazidən uzaqlaşması da diqqət çəkir.

Bildirmək istərdik ki, son günlər bəzi sosial şəbəkə və media resurslarında baş vermiş terror hadisəsinin xronologiyası ilə bağlı qeyri-dəqiq şərhlərə yer verilib. Buna əsas səbəb, video görüntülərdəki xronometraja səhv istinadlar olub. Bununla əlaqədar bildiririk ki, səfirliyin küçəyə baxan kameraları real vaxtdan 24 dəqiqə erkən vaxtı göstərir. Bu fərq bəzi texniki amillərlə bağlıdır.

“Terrorçunun hadisəni törətmək üçün məhz İranda istirahət günü olan cümə gününü seçməsi (terror aktına mane ola biləcək halları minimuma endirmək üçün), özü ilə hadisə yerinə avtomat silah və güllələrlə dolu ehtiyat daraq, “Colt” tipli tapança, “Molotov kokteyli”, ağır zərbə aləti və sair vasitələr gətirməsi, İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir, - deyə məlumatda qeyd olunub.

Azərbaycanın İrandakı səfirliyinə hücumun təfərrüatları açıqlanıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İƏT Əmək Mərkəzi Seneqalda keçiriləcək konqresin strateji tərəfdaşı olub

BDYPİ: Normadan artıq yüklənmə həm yolları sıradan çıxarır, həm də qəza riskini artırır

® İRİA-nın təşkilatçılığı ilə keçirilən vörkşopda nəqliyyat sektorunda çağırışlar və innovativ həllər müzakirə olunub

Nazir: Seneqal Azərbaycanın əmək və dövlət xidmətləri sahəsində təcrübəsini öyrənməkdə maraqlıdır

Nepalda fəlakətdən 9 gün sonra 2 nəfər sağ çıxarılıb

Azərbaycanın “Agro AI” startapı “Microsoft for Startups” proqramına qəbul edilib

Şimali Kipr sahillərində gəmi qəzasında ölənlərin sayı 12-yə çatıb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Astanada Azərbaycanın sanatoriya-kurort potensialı təqdim olunub

Ortopediya Cəmiyyətinin sədri: Bugünkü konqres Türk dünyası travmatoloq-ortopedlərinin gələcəyə baxışının təzahürüdür

Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı üçün seçimlərdə 76 futbolçu iştirak edir

Bakıda Avropa-Azərbaycan münasibətlərinə dair müzakirələr aparılıb YENİLƏNİB

Gürcüstanın Poti limanında yük daşımaları artıb

ABŞ-də dizelin qiymətində tarixi rekord qeydə alınıb

ASA-da beynəlxalq ekspertlərin iştirakı ilə təlimlərə start veriləcək

Azərbaycanlı çapar: İnanıram ki, bayrağımız ən yüksəkdə dalğalanacaq

Avropa İttifaqından BMT-yə dəstək: Çoxtərəfli əməkdaşlıq yenilənməlidir

Murat Kurum: Bakıdakı COP29-da 2035-ci ilədək iqlim maliyyələşməsinin 300 milyard dollara çatdırılması müəyyənləşdirilib

İƏT Əmək Mərkəzi ilə Seneqal arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Qızılın qiyməti həftəni cüzi artımla tamamlayır

Polo komandasının kapitanı: Turnirə hazırıq, özümüzü favorit hesab edirəm

“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri nəşr olunub

Azərbaycan parataekvondoçusu Qran-Pridə qızıl medal qazanıb

Ayxan Abbasov: Klublar gənclərə inanmalıdır ki, millidə yeni oyunçular görək

Dosent: Qırğız akını ilə Azərbaycan aşığı arasında tipoloji yaxınlıq aydın şəkildə görünür

Olimpiada səviyyəsində riyazi biliklər şagirdlərə gələcəyi qurmaq bacarığı aşılayır

BMT-nin Baş Assambleyası “BMT-80” təşəbbüsü çərçivəsində ilk struktur dəyişikliyini təsdiqləyib

Payız fəsli Azərbaycana sentyabrın 23-də daxil olacaq

Renat Dadaşov Ukrayna klubuna keçir - EKSKLÜZİV

Neft qiymətləri iyuldan bəri ən böyük həftəlik artıma hazırlaşır

El-Nino səbəbindən ekstremal hava hadisələri 2027-ci ilədək arta bilər

Qarabağla bağlı qərəzli materialına görə “The Guardian”a etiraz bildirilib

Çimərlik polosu üzrə beynəlxalq turnirdə çıxış edəcək Azərbaycan komandasının açıq məşqi olub

Beyləqan və Füzuli sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinləniləcək

Dövlət qurumlarına xidmət göstərən şirkətlərin sistemlərindən istifadə edilməklə 3 kibermüdaxilə halı aşkarlanıb - AÇIQLAMA

Mehdiabad yolu və Nicat Mustafayev küçəsində hərəkət dəyişir

Dəmir Yolları: Səkkiz ayda 7,3 milyondan çox sərnişin daşınıb

Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

Şənbə gününə olan hava proqnozu açıqlanıb

® “PAŞA Real Estate Qrup” və “Marriott International” Azərbaycan və Gürcüstan üzrə çoxsaylı əmlak müqaviləsi imzaladı

Təqsirləndirilən daha 2 şəxs ölkəmizə ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək

MİDA: Satışa çıxarılan 535 mənzilin hamısı vətəndaşlar tərəfindən seçilib

Kanar adaları yolunda faciə: 80-dən çox miqrant həyatını itirib

İnformasiya Texnologiyaları İnstitutunun sosial media platformalarında fəaliyyəti yenidən qurulur

Xüsusi tapşırıqlar üzrə səfir: Cənubi Qafqazda münaqişə gündəliyini sülh gündəliyi əvəz edir

Mariyana Kuyundziç: Aİ-Azərbaycan münasibətləri dinamik inkişaf edir

Fatimə Bədəlova: Direktor olsaydım, hər şagirdə dərsliklərlə yanaşı, maraqlı bir kitab da verərdim

ABŞ-nin xarici ticarət kəsiri 2025-ci ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Bu saata olan əsas xəbərlər

Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən din xadimləri Azərbaycana səfər edəcəklər

Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlük prosesini yenidən bloklayıb

Fərid Şəfiyev Avropa-Azərbaycan gündəliyində əsas prioritetləri açıqlayıb

Milli Depozit Mərkəzinin iki beynəlxalq depozitar sistemə üzvlüyü ilə bağlı məsələlər nəzərdən keçirilib

Cəmşid Əmirov: Kahramanmaraşda Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisi davam etdirilir

Çexiyada qaz anbarlarının doluluq nisbəti 70 faizə çatıb

“LINKS Europe” Fondunun direktoru Avropa-Azərbaycan münasibətlərində yeni səhifənin açılmasını təklif edib

AQTA-nın idxal-ixrac əməliyyatları üzrə göstərdiyi elektron xidmətlər daha da təkmilləşdirilib

Güzəştli mənzil layihəsindən yararlanan ailələrin sayı açıqlanıb

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

“Volotea” aviaşirkətində tətil həyəcanı: Yüzlərlə uçuş risk altındadır

Macarıstanda kommunist dövrünə aid məxfi xidmət arxivlərindən 80 minədək şəxsin adı açıqlana bilər

Təhsil İnstitutunun rəsmisi: DİM imtahanlarında PISA tipli tapşırıqların tətbiq edilməsi gözlənilir

MİDA-nın növbəti güzəştli mənzil satışı ilin sonuna planlaşdırılır

Azərbaycan və Özbəkistan arasında mədəni körpülər Buxarada möhkəmlənir

Elnur Əliyev: Səriştəəsaslı məzmun və qiymətləndirmə istiqamətində mühüm islahatlar həyata keçirilib

MİDA: Mənzillərin xeyli hissəsi vətəndaşlar tərəfindən seçilib

NBA klubuna ağır cəza verilib

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

BMU-da bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

İçərişəhərdə “Keçmişin sədası” adlı sərgi təşkil olunacaq

PISA 2025 tədqiqatında Azərbaycandan 7432 şagird iştirak edib

Son sutka ərzində ölkədə 93 cinayətin açılması təmin edilib – DİN

Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışına başlanılıb

Uşağın anadan olmasına görə müavinət alanların sayı açıqlanıb

Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb

Seneqallı nazir ölkəsində “ASAN xidmət” modeli əsasında dövlət xidmətləri mərkəzlərinin qurulacağını bildirib

Çempionlar Liqası: “Mançester Yunayted”in “Sabah”la oyun üçün iştirak ərizəsi açıqlanıb

Sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilmə üzrə meyarlarda dəyişikliklər təsdiqlənib

“IRONMAN 70.3” yarışı ilə əlaqədar Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək

Azərbaycan basketbol millisinin baş məşqçisi ilə yollar ayrılıb

Azərbaycan neftinin qiyməti 105 dollara çatır VİDEO

Azərbaycan neftinin qiyməti 105 dollara çatır VİDEO

Papa XIV Leonun səfəri üçün 15 min təhlükəsizlik əməkdaşı səfərbər ediləcək

Gömrükçülər nəqliyyat vasitəsində külli miqdarda qurudulmuş marixuana aşkar ediblər

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan Premyer Liqasında IV tur başlayır

Naxçıvanda şagirdlərin yerli və beynəlxalq olimpiada hazırlıqlarına start verilir

Birjalarda neft qiymətləri VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Xırdalan şəhərində obyektdə yanğın baş verib

ÜMT: El-Nino hadisəsinin güclənməsi 2027-ci ilədək ekstremal hava hadisələri riskini artırır

Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib

Avropa Komissiyası Qrenlandiyaya 200 milyon avro maliyyə ayıracaq

Bu gün Ümumdünya Leykemiya Günüdür

“Politico”: ABŞ ordusu COVID-19 peyvəndi ilə mümkün əlaqəli ölümləri araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığında istifadə olunan gəmini məhv edib

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

BVF Venesuelada nümayəndəliyini açmağı nəzərdən keçirir

Tramp Adam Telleni ABŞ Ordusunun müvəqqəti katibi təyin edib

Media: İsrail qüvvələri Livanın cənubunda “Hizbullah”ın istehkamını ələ keçirib