Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Çaylarımızı tullantılardan qoruyaq - REPORTAJ VİDEO

Çaylarımızı tullantılardan qoruyaq - REPORTAJ VİDEO

Şəki, 21 iyun, AZƏRTAC

Yaz aylarında yağışlar çaylarda sel sularının artmasına, əksər hallarda daşqınlara səbəb olur. Əsasən yaşayış məntəqələrinin ətrafından axan çayların boyunca tullantıların onun kənarına, bəzən də tən ortasına tökülməsi bir tərəfdən ətraf mühiti çirkləndirir, digər tərəfdən isə daşqınlar zamanı əlavə fəsadlara yol açır. Şəki rayonu ərazisində axan Şin çayı belə dağıdıcı və təhlükəli çaylardan hesab olunur. 1500 metr eni olan bu çay minlərlə hektar əkin sahəsini yararsız vəziyyətə salıb və proses bu gün də davam edir.

AZƏRTAC-ın əməkdaşının mövzu ilə bağlı araşdırmasını təqdim edirik.

...“Əslində, bu çay belə olmalı deyildi axı. İnsanların münasibəti çayı bu günə qoydu. Bura zibillər atılır, yaz qabağı həmişə vaxtlı-vaxtında təmizlənməliydi ki, sel gələndə körpünün altından keçə bilsin”. Bu fikirlər İnçə kənd sakini Nəriman Umudova məxsusddur. Kənd ağsaqqalı ilə Şin çayı üzərindəki körpünün piyada səkisində addımlayırıq. Bu körpü ölkəmizdə ən uzun körpü sayılır, uzunluğu 1200 metrdir.

Nəriman müəllimin bu dəli çayla bağlı xatirələri yetərincədir. Deyir nə yaxşı ki, bu körpü salınıb. 1200 metrlik körpünü indi cəmi bir neçə dəqiqəyə qət edib, əkin sahəsinə gedə bilirlər. O zamansa, bu, mümkün deyildi.

Nəriman müəllim çay yatağı boyunca uzanan sahələri göstərir. Zaman-zaman daşqınlara məzun qalan əkin sahələri indi çaylaqlara çevrilib. Həmsöhbətim çayların yataqlarının təmizlənməməsi nəticəsində onun genişləndiyini, sakinlərin də buraya tullantılar ataraq onu daha pis vəziyyətə gətirdiyini söyləyir. Hətta məlumat lövhəsi olmasına baxmayaraq, bəzi sakinlərin bu qaydalara əməl etmədiyini bildirir. Nəriman müəllim deyir ki, ötən əsrin 60-cı illərində gördüyünüz bu sahələrdə ətraf kənd sakinlərinin fındıq, qoz və üzüm bağları vardı. Daşqınlar nəticəsində 2 min hektardan çox ərazi yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, Şin çayı mənbəyini 2 min metr yüksəklikdən və beş dərədən götürdüyündən sululuq bol, daşqınları isə gözləniləndi.

Bölgənin dağ çayları ilə bağlı mütəmadi monitorinqlər təşkil edən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları məsələnin diqqətdə saxlanılmasının vacibliyini bildirir. Mərkəzin əməkdaşı Yusif Rəhimovun sözlərinə görə, son 10 ildə respublikanın Şimal-Qərb regionunda dağıdıcı fəsadları ilə yadda qalan bir struktur və 6 turbulen sel hadisəsi baş verib. Ötən illərdə qlobal iqlim dəyişkənliyi ilə əlaqədar quraqlıq yaşanırdısa, bu ilin birinci yarısından etibarən intensiv yağışların yağmasına görə region çaylarında sululuğun artımı müşahidə olunur. Sel baş verdikdə hər dəfə çayların məcraları daş-çınqıl ilə dolur ki, bu da gələcək sel nəticələri zamanı daşqınlarla nəticələnə bilir. Odur ki, çayların gətirmə konuslarında da beton bərkitmə işləri ilə yanaşı , sənaye üsulu ilə dərinləşmə işlərinin aparılması olduqca zəruridir.

Yusif Rəhimov hazırda bölgə çaylarından Dəmiraparan, Daşağıl, Kiş, Şin, Kürmük, Tala çaylarında monitorinqlərin davam etdiyini bildirib.

İyun ayından başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsi yerli müvafiq qurumları da cəlb edərək, bölgənin dağ çayları ərazisində tullantıların təmizlənməsi ilə bağlı ekoloji aksiyalar təşkil edir. Nazirliyin nümayəndəsi Akif Məmmədov deyir ki, Şəki-Zaqatala iqtisadi rayonları əsasən turizm marşrutu üzərində yerləşdiyindən və dağ çayları da magistrallardan keçdiyindən birmənalı olaraq çayların ətrafı məişət tullantılarından təmizlənir. Hər şənbə günü bir rayonda, çay axarı boyunca təmizlik işləri həyata keçirilir. A.Məmmədov daha sonra həmin ərazilərdə monitorinqlər aparıldığını da söyləyir.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, təmizlik və maarifləndirmə aksiyasına bu dəfə Şəkinin Kiş çayı ərazisində başlayıblar. Həmçinin Qax rayonu ərazisindən axan Kürmük çayda da böyük təmizlik işləri aparılıb.

Müsahibim bölgədən axan bütün dağ çaylarının ətraf ərazilərində təmizlik işlərinin aparılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Şəki-Zaqatala iqtisadi rayonları ərazisindən irili-xırdalı 30-a yaxın dağ çayı axır. Bu çayların əksəriyyəti ilin bütün fəsillərində şirin su və minerallarla zəngindir.

Reportajımızdan da göründüyü kimi, çaylara gələn selin fəsadlara yol açmasına təbii amillərlə yanaşı, biz özümüz də səbəb oluruq. Bunun üçün isə çayları məişət və digər tullantılarla zibilləməməli, təbiəti qorumalıyıq.

Çaylarımızı tullantılardan qoruyaq - REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah hava əsasən yağmursuz keçəcək

Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətində reyslər əvvəlki kimi həyata keçirilir YENİLƏNİB

Lənkəranda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Forum təşkil olunub

Bakıda Azadlıq prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib

Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

FAKTİKİ HAVA: Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında külək güclənib

FHN Ucardakı zəncirvari ağır yol qəzası ilə bağlı məlumat yayıb YENİLƏNİB

Dünya Kubokunda iştirak edəcək idman gimnastlarımız bəlli olub

Saatlıda qonşular arasında ədavət ölümlə nəticələnib

Metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb

Naxçıvanda DYPİ hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Misli Premyer Liqası: "Neftçi" doğma meydanda "Qarabağ"ı qəbul edəcək

Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb

Azərbaycan cüdoçuları Avropa Kubokuna 6 medalla başlayıblar

İtaliyalı tennisçi Yannik Sinner üç aylıq diskvalifikasiya edilib

Bu gün Bakıdakı “Böyük Dəbilqə” turnirinə yekun vurulacaq

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib

Azərbaycan Tehranda sərbəst güləş üzrə Dünya Kubokunda təmsil olunacaq

Dövlət qulluğu vəzifələri üzrə imtahanlar keçirilir

DİM: 215 nəfərin xarici dillər üzrə fəlsəfə doktoru imtahanı verəcəyi nəzərdə tutulur

Bu gün 22 minə yaxın bakalavrın magistraturaya qəbul imtahanı verəcəyi gözlənilir

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Batut və tamblinq gimnastikası üzrə ölkə çempionatı, Bakı birinciliyi keçirilib

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb

Rubio və Lavrov arasında telefon danışığı olub

Ceyhun Bayramov rumıniyalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini müzakirə edib

Azərbaycan və İraqın XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Azərbaycanla Moldova arsında ikitərəfli əməkdaşlığın gündəliyi müzakirə edilib

Azərbaycan XİN Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

İngiltərə Premyer Liqası: “Arsenal”dan səfər, “Mançester Siti”dən ev qələbəsi

Ceyhun Bayramov türkiyəli həmkarını Azərbaycan–Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı məlumatlandırıb

Bundesliqa: “Bayer Leverkuzen” - “Bavariya” oyununda hesab açılmayıb

“Təbiətin səssiz musiqisi” adlı fotosərgi keçirilib

Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Türkiyə Superliqası: “Beşiktaş” “Trabzonspor”u məğlub edib

Zaqatalada ikiotaqlı ev yanıb

Misli Premyer Liqası: “Zirə” inamlı qələbə qazanıb

Baş direktor: Qahirədəki İslam İncəsənəti Muzeyi Azərbaycan muzeyləri ilə əməkdaşlıqda maraqlıdır

İsveçin Uppsala şəhərində yüzdən çox avtomobil toqquşub

Azərbaycanın ən güclü şahmatçıları müəyyənləşib

Şəkidə baş verən yol qəzasında ölən və yaralananların adları açıqlanıb - YENİLƏNİB

Ağstafada 4 nəfər dəm qazından zəhərlənib

Nazir müavini: Orta Dəhlizin ötürücülük qabiliyyəti 48 milyon tona çatdırılacaq

Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi müzakirə edilib

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Nazir Ceyhun Bayramov litvalı həmkarı ilə görüşüb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri barədə fikir mübadiləsi aparılıb

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədəki turniri 3 medalla başa vurublar

Azərbaycan atleti Balkan çempionatının qalibi olub

“Caspian Policy Center”: Azərbaycan Avropaya etibarlı və sabit təbii qazın əsas tədarükçülərindən biridir – MÜSAHİBƏ

"Böyük Dəbilqə": Azərbaycanın iki cüdoçusu qızıl medal görüşünə çıxacaq

Egey dənizində artan seysmik dalğalanma səbəbilə Yunanıstanın dörd adasında fövqəladə vəziyyət elan edilib

Bakıda "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib

® “Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır

Tarixi Zəfərimiz 30 il ərzində formalaşan milli ideyanı reallığa çevirdi - ŞƏRH

İtaliyanın Baş naziri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub

TÜRKSOY Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş tədbirlərə start verəcək

NİİM: Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyatın sıxlığı yaranıb

Azərbaycan və Qvineya arasında bir sıra sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub

Olaf Şolts: Demokratiyamıza və seçkilərimizə hər hansı müdaxiləni qəbul etməyəcəyik

Nərimanov rayonunda beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb VİDEO

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinə başlanılıb

Naxçıvanda XI siniflər üçün növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib

Şəmkir sakinlərindən odlu silah və narkotik vasitələr aşkarlanıb VİDEO

Barəsində hökm çıxarılan Türkiyənin Van bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb

Somali işğal dövründə də İƏT çərçivəsində Azərbaycanı hər zaman dəstəkləyib - ŞƏRH

Şahbuz rayonunda humanitar tibbi aksiya keçirilib

Akademiyanın bir qrup tələbəsi və əməkdaşı “Erasmus+” proqramında iştirak edəcək

Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə

İqdır liseylərində Xocalı soyqırımı mövzusunda müsabiqə elan olunub

Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyi görüş keçirib

Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib VİDEO

BMT: Hər il 400 minə yaxın uşaq və yeniyetmə xərçəng xəstəliyinə tutulur

“Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Yol polisi dağlıq rayonlarda yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət edib

9 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunacaq

İş və istirahət günlərinin yerləri dəyişdirilib - QƏRAR

Sabah hava yağmursuz keçəcək - Proqnoz

Yevlaxda baş verən yol qəzasında dörd nəfər xəsarət alıb

“Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu” keçirilib

Müdafiə Nazirliyi: Gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə vətəndaşlardan andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Əliağa Vahid-130” adlı kitab sərgisi açılıb

Serbiyada milli bayram – Dövlətçilik Günü qeyd olunur

Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub

DİN: Ötən gün 78 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Bu gün Azərbaycanın ən güclü şahmatçıları bəlli olacaq

Azərbaycan nefti ucuzlaşıb

Misli Premyer Liqası: XXIII tura Sumqayıtda start veriləcək

SOCAR-la Asiya İnkişaf Bankı arasında mövcud və potensial əməkdaşlıq imkanları müzakirə olunub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Lerikdə qarın hündürlüyü 24 sm-ə çatıb – FAKTİKİ HAVA

Ədliyyə naziri Şirvan şəhərində vətəndaşların müraciətlərini dinləyib

İtaliyada “Amazon” şirkətinin fəaliyyəti yoxlanılır

Bəzi yanğından mühafizə müəssisələrinin lisenziyaları ləğv olunub

Yaşlılarda yıxılma riskinin proqnozlaşdırılması üçün sadə test tövsiyə olunur

Albaniyada Azərbaycanda yenidənqurma və bərpa işləri barədə kitab işıq üzü görüb

Kişi və qadınların stres reaksiyalarındakı fərqlərin səbəbi araşdırılıb - TƏDQİQAT